Icma.az
close
up
RU
Dünyanın tanınmış alimləri, sənaye nümayəndələri və tədqiqatçıları ADNSU da bir araya gəlib

Dünyanın tanınmış alimləri, sənaye nümayəndələri və tədqiqatçıları ADNSU da bir araya gəlib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 105 illik yubileyi münasibətilə “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans” öz işinə başlayıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib. Əvvəlcə universitetin əməkdaşları və xarici qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Universitetin akt zalında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, sənaye nümayəndələrini, doktorantları və tədqiqatçıları bir araya gətirib. Konfrans elmi və praktiki səviyyədə fikir mübadiləsi aparmaq üçün zəngin platforma rolunu oynayır.

Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, universitetin 105 illik yubileyi çərçivəsində belə yüksək səviyyəli elmi tədbirin təşkili Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılmasına və ölkənin elmi potensialının nümayişinə mühüm töhfə verir. Rektor makromolekullu birləşmələr sahəsindəki innovasiyaların sənaye və texnologiya sahələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, konfransın təkcə elmi fikir mübadiləsi üçün deyil, həm də universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və gənc tədqiqatçıların beynəlxalq təcrübədən bəhrələnməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib.

Tədbirin açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marin, “Reading” Universitetinin professoru Vitaliy Xutoryanskiy və Malayziya Putra Universitetinin professoru Mohd Sapuan Salit də çıxış ediblər. Onlar elmi əməkdaşlığın genişləndirilməsi, bilik transferi və davamlı inkişaf üçün akademik əlaqələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans makromolekullar sahəsində aparılan tədqiqatların müzakirəsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və bu sahədəki aktual çağırışların nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda, həmçinin ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft və sənaye sahələrinin inkişafına verdiyi töhfələr və universitetin elmi-tədqiqat uğurları vurğulanıb.

Konfrans çərçivəsində keçirilən panel sessiyada “Dövlət-Sənaye-Universitet Əməkdaşlıq Modeli – İnnovativ İnkişafın Drayveri kimi” mövzusu ətrafında müzakirələr aparılıb. Paneldə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, “SOCAR Downstream” şirkətinin proses direktoru Qədir Əliyev, “SOCAR Fugro” MMC-nin direktoru Fikrət Əliyev və “N1” şərab zavodunun İdarə Heyətinin sədri Mətləb Abbasov çıxış edərək öz sahələrindəki innovativ yanaşmaları və təcrübələri bölüşüblər. Konfrans çərçivəsində, həmçinin “Sənayedə müasir texnologiyalar və innovasiyalar” mövzusunda sərgi təşkil olunub. Sərgidə müasir texnologiyaların tətbiqi və sənayedə innovasiyaların rolu nümayiş etdirilib.

Qeyd edək ki, konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələri və elmi institutları ilə yanaşı, xarici ölkələrdən də onlarla universitetin nümayəndələri qatılıb. Ümumilikdə tədbirə 307 elmi məqalə və 241 tezis təqdim olunub ki, onlardan 27 məqalə və 49 tezis xarici ölkələrin alimləri tərəfindən göndərilib.

Müasir dövr üçün aktual olan və gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən konfrans müxtəlif mövzulara həsr olunmuş bölmə iclasları ilə iki gün davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri