Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU da bir araya gələcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ev sahibliyi ilə “Seysmik izolyasiya və enerji dissipasiyası tətbiqlərində son nailiyyətlər” mövzusunda beynəlxalq seminar təşkil ediləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir seysmik izolyasiya və enerji dissipasiyası texnologiyaları sahəsində son elmi yeniliklərin, beynəlxalq təcrübənin və müasir mühəndislik yanaşmalarının müzakirəsinə həsr olunacaq.
Beynəlxalq seminarın fəxri sədri AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, sədri isə professor Azər Kasımazadədir.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Yaponiya, İtaliya və Böyük Britaniyadan zəlzələ mühəndisliyi sahəsində tanınmış alim, tədqiqatçı və mütəxəssislər iştirak edəcəklər. Seminar çərçivəsində seysmik izolyasiyanın tətbiq imkanlarının genişləndirilməsi, izolyasiya olunmuş binaların layihələndirilməsində seysmik təsirlərin nəzərə alınması, inklüziv seysmik dayanıqlılıq, seysmik izolyasiya sistemlərinin konstruktiv, memarlıq, mexaniki və elektrik sistemlərinə təsiri, mədəni irs obyektlərinin zəlzələdən qorunması, eləcə də yeni nəsil izolyasiya texnologiyaları ətrafında müzakirələr aparılacaq.
Seminar çərçivəsində AzMİU-da yeni laboratoriyanın açılışı da nəzərdə tutulub. Universitetin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin nəzdində yaradılan “Strateji əhəmiyyətli binaların və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası”nın açılış mərasimi keçiriləcək. Bu laboratoriya bp-nin dəstəyi ilə yaradılıb.
Yeni laboratoriyanın fəaliyyəti strateji əhəmiyyətli bina və qurğuların mövcud vəziyyətinin müasir metodlarla monitorinqi və qiymətləndirilməsi, zəlzələ risklərinin öyrənilməsi, elmi tədqiqatların aparılması və bu istiqamətdə mütəxəssis hazırlığının gücləndirilməsinə xidmət edəcək. Beynəlxalq seminarın əsas məqsədi seysmik izolyasiya və enerji dissipasiyası texnologiyaları üzrə aktual elmi nailiyyətləri və qabaqcıl beynəlxalq təcrübəni bölüşmək, alim və mühəndislər arasında əməkdaşlığı genişləndirmək, elmi tədqiqatlarla praktiki mühəndislik fəaliyyəti arasında əlaqələri gücləndirməkdir. Tədbirin zəlzələ və tikinti mühəndisliyi, seysmik izolyasiya və enerji dissipasiyası sistemləri, tikililərin monitorinqi və qiymətləndirilməsi, mədəni irsin qorunması və fəlakət risklərinin azaldılması istiqamətlərində çalışan mütəxəssislər üçün mühüm elmi və peşəkar müzakirə platformasına çevrilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 18 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















