Icma.az
close
up
RU
Dünyanın transmilli şirkətləri Azərbaycana investisiya yatırmaq üçün növbəyə düzülür Deputat

Dünyanın transmilli şirkətləri Azərbaycana investisiya yatırmaq üçün növbəyə düzülür Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri, Nyu-Yorkda keçirdiyi çoxsaylı görüşlər və BMT-nin ali tribunasındakı 15 dəqiqəlik çıxışı Azərbaycanın 30 illik keçdiyi yolu və əldə etdiyi nəticələri bütün dünyaya bəyan etdi".

Bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışını şərh edən millət vəkili Vüqar İskəndərov bildirdi.

"Dövlət başçısı çıxışında həm işğal dövrünü, həm Vətən müharibəsində qələbəmizi, beynəlxalq hüququn və ədalətin zəfərini, həm də post-müharibə dövründə görülən işləri, ümumilikdə isə dünənimizi, bugünümüzü və gələcək vizyonumuzu ifadə etdi. Hazırda hər birimiz dünyada baş verən hadisələri aydın şəkildə görürük. Dünya çalxalanır. Müharibələr, terror aktları, təhdidlər və təhlükələr hamımızın şahidliyi ilə baş verir. Bu gərginlik fonunda ölkəmizin sabitlik adası olması və bunun milli sərvətimizə çevrilməsi barədə prezident bəyan etdi. Qazandığımız təcrübənin dünya üçün nümunə olduğunu vurğuladı və bu təcrübəni beynəlxalq ictimaiyyətlə, dövlətlərlə bölüşməyə hazır olduğunu bildirdi. Biz XXI əsrdə elə zəfərlər qazanmışıq ki, bu gün bir çox, hətta ən güclü dövlətlər belə buna yalnız həsədlə baxa bilirlər. Ölkəmiz dünyanın qüdrətli dövlətləri sırasında, xalqımız isə ən qürurlu xalqlar sırasındadır".

Deputat əlavə etdi ki, prezident BMT tribunasında uğurlarımızı sadalamaqla yanaşı, əldə olunmuş təcrübəni də paylaşmağa hazır olduğunu qeyd etməklə, Azərbaycanın hansı dəyərlərə sahib olduğunu nümayiş etdirdi.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə yüzə yaxın ölkəyə humanitar dəstək göstərdi, bir çox çətinlik yaşayan dövlətlərə yardım etdi.

Hazırda ölkəmizdə meqa iqtisadi layihələr icra olunur. Dünyanın transmilli şirkətləri Azərbaycana böyük maraq göstərir, bir çoxu isə artıq investisiya yatırmaq üçün növbəyə düzülür. Onlar dövlət başçısı ilə görüşməyə can atırlar. Bütün bunlar bizim nailiyyətlərimizdir və Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Prezidentin bəyan etdiyi kimi, biz artıq qələbə qazanmış, suverenliyimizi tam bərpa etmişik. Böyük iqtisadi layihələrə açığıq. Ölkəmizdə sərmayə yatırımları üçün sabitlik və əlverişli mühit mövcuddur. Prezident həm işgüzar görüşlərində, həm də çıxışında şirkətləri və dost dövlətləri ölkəmizə dəvət etdi. Bütün bunlar son illərdə əldə etdiyimiz ən mühüm uğur və nailiyyətlər kimi dəyərləndirilməlidir", - deyə müsahibimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri