Tatarıstan şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Tatarıstan ilə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili, kiçik və orta biznes sahəsində potensial imkanlar müzakirə olunub.
"Report" xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirdiyi görüşdə baş tutub.
Görüşdə bu sahələrdə hər iki tərəfdə işbirliyi üçün böyük potensialın olduğu vurğulanıb.
Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri Azərbaycanın əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Fevral 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















