Icma.az
close
up
RU
Durov Fransanın ifşasını davam etdirir

Durov Fransanın ifşasını davam etdirir

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “Telegram” messencerinin təsisçisi Pavel Durov özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə paylaşım edib.
“Fransa Xarici Kəşfiyyatı mənimlə guya terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün görüşdüyünü təsdiqləyib. Əslində uşaq pornoqrafiyası heç yada belə salınmırdı. Onlar Fransada terrorçuluqda şübhəli bilinən şəxslərin İP ünvanlarını istəyirdilər, lakin onların əsas diqqəti həmişə geosiyasətə yönəlib: Rumıniya, Moldova, Ukrayna”, - Pavel Durov yazıb.
Sahibkarın sözlərinə görə, “Telegram” Fransada əsassız olaraq uşaqlara qarşı zorakılıqla mübarizədə fəaliyyətsizlikdə ittiham edilib. O, bu iddiaları manipulyasiya adlandırıb və şirkətin qanunsuz məzmunun qarşısını almaq üçün addımlar atdığını vurğulayıb.
Makron: “Rumıniyada seçkilərə müdaxilə olub” Xatırladaq ki, “Telegram”-ın təsisçisi messencerdə kifayət qədər moderasiya olmadığına və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmədiyinə görə Fransada istintaq altındadır. Ötən ilin avqust ayında Durov Parisin “Le Burje” hava limanında saxlanılıb. O, Fransa hakimiyyətinin tələbi ilə məlumat verməkdən imtina da daxil olmaqla altı maddə ilə ittiham edilib.
Bir neçə gün həbsdə qalann iş adamı 5 milyon avro girov və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi müqabilində sonradan sərbəst buraxılıb. Bu ilin martında məhkəmə Durova Fransanı tərk etməyə icazə verib və o, Dubaya qayıdıb.
Aprel ayında isə o, Parisin Avropa qanunlarına uyğun şəkildə messencerə sorğular göndərməyə başladığını və nəticədə cinayətdə şübhəli bilinən şəxslərin İP ünvanlarının “Telegram”-dan aldığını bildirib.
Bununla belə, iki gün əvvəl Rumıniyada baş tutan prezident seçkilərindən sonra, Pavel Durov Fransa kəşfiyyatının rəhbəri Nikolas Lernerdən Rumıniyada mühafizəkarların bloklanması ilə bağlı sorğu alsa da, buna qəti imtina ilə cavab verdiyini açıqlayıb. Lakin bu bəyanatları rədd edən Fransanın Xarici İşlər nazirliyi onları saxta adlandırıb.
Fransa prezidenti Emmanuel Makron isə, öz növbəsində, adını çəkmədiyi başqa bir tərəfi Rumıniya seçkilər ilə bağlı “manipulyasiya cəhdlərində” günahlandırıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri