Dursun Özbek: “Qalatasaray” transferlərdən 50 milyon avro qazanıb
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Qalatasaray”ın prezidenti Dursun Özbek yay transfer pəncərəsində klubun gördüyü işlər barədə danışıb.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, Özbek klubun əsas məqsədinin maliyyə sabitliyini təmin etmək olduğunu bildirib:
“Transfer dövründə futbolçu ilə müqavilə imzalayarkən pulun olub-olmaması böyük əhəmiyyət kəsb etmir, çünki adətən gələcəyi nəzərə alaraq razılaşma əldə edirsiniz. “Qalatasaray”ın əsas vəzifələrindən biri maliyyə sabitliyini təmin etmək idi. Klubun futbolçulara ödənişlərlə bağlı heç bir problemi yoxdur”.
Klub prezidenti transfer prosesinin mayın 1-dən planlaşdırıldığını qeyd edib. O, məşqçilər korpusu, skautlar və idarə heyəti ilə görüşlər keçirildiyini, əsas məqsədlərinin ötən mövsümün çempion heyətini qorumaq və ehtiyac olan mövqeləri gücləndirmək olduğunu söyləyib.
Özbek transfer pəncərəsinin əvvəlində və sonunda futbolçu transfer etmək arasında ciddi maliyyə fərqinin yarandığını vurğulayıb:
“Eyni oyunçuları transfer pəncərəsinin əvvəlində və sonunda transfer etmək arasında 50 milyon avro fərq var. Leau, Batrakov və Deniz Gulun transferləri sayəsində “Qalatasaray” təxminən 50 milyon avro qazandı. Biz bu nəticəyə hər şeyi diqqətlə planlaşdırdığımız üçün nail olduq”.
O, yeni transferlərin komandaya mövsüm ərzində çempionluq qazandıracağına inandığını da bildirib: “Hesab edirəm ki, bu mövsüm “Qalatasaray”ın çempionluq qazanmasına kömək edəcək transferlər etdik”.
Qeyd edək ki, hazırda “Qalatasaray” Türkiyə çempionatının turnir cədvəlində 13 xalla ikinci yerdədir. Lider “Amed”in də 13 xalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 27 Sentyabr 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















