Dursun Özbek Musialanın “Qalatasaray”a transferini təkzib etdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Camal Musialanın “Qalatasaray”a mümkün transferi ilə bağlı yayılan məlumatlar təkzib olunub.
İdman.Biz xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek “Sabah” nəşrinə açıqlamasında 23 yaşlı futbolçunun transfer gündəmlərində olmadığını bildirib.
“Musiala gündəmdə yoxdur. Belə gündəm yaradırlar. Hər il eyni şeylərlə qarşılaşıram”, - deyə klub rəhbəri qeyd edib.
Özbek transfer çalışmalarının planlı şəkildə davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, klub yeni futbolçuların axtarışını aparır və heyətin gücləndirilməsi üçün müəyyən plan üzərində işləyir.
“Qalatasaray” prezidenti sosial şəbəkələrdə yayılan transfer iddialarının klubun fəaliyyətinə təsir etmədiyini də bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 29 İyul 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















