Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Durum dəyişir: Suriyanı kimlər qarışdırır?

Durum dəyişir: Suriyanı kimlər qarışdırır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 6-da Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları olduğu iddia edilən silahlı qruplar, Latakiya əyalətinin Cebla bölgəsində yeni hakimiyyətin təhlükəsizlik əməkdaşlarına qarşı silsilə hücumlar təşkil ediblər və bir neçə yaşayış məntəqəsini ələ keçiriblər.

Məhz Suriya hökuməti dərhal bölgəyə ordu göndərib, sahilyanı ərazilərdə komendant saatı tətbiq edib və giriş-çıxışları bağlayıb.

Bir neçə gündən sonra təhlükəsizlik qüvvələri tərəfindən Cebla bölgəsində nəzarət bərpa edilib. Son məlumata görə, hazırda döyüşlər Tartus yaxınlığında davam edir.

Latakiya əyalətinin təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah” təşkilatının dayandığını bəyan edib.

Qeyd edilib ki, “Hizbullah” və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb. 

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəraa kütləvi qətliamların məsuliyyətini daşıyan şəxslərin sərt şəkildə cəzalandırılacağını vəd edib. 

Xatırladaq ki, Suriyada təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 1300 nəfəri ötüb.

Suriya hökuməti, Latakiya və Tartus vilayətlərində baş verən gərginliyin arxasında İranın və Livanın “Hizbullah” təşkilatının olduğunu iddia edir. 

Latakiya əyalətindəki təhlükəsizlik qüvvələri, “Hizbullahın” vəziyyətin gərginləşməsində əhəmiyyətli rol oynadığını bildirir. 

“Hizbullah” və digər xarici dövlətlər, Bəşər Əsədin tərəfdarlarına dəstək verirlər. Bu faktlar, münaqişənin yalnız daxili deyil, həm də beynəlxalq təsirlərdən qaynaqlandığını göstərir.

Əhməd əş-Şəraa, həmçinin, ölkədəki vəziyyətin pisləşməsinin səbəbini əvvəlki rejimin qalıqları və onların xarici tərəfdarlarına bağlayır. 

Onun sözlərinə görə, bu qruplar Suriya xalqını və ölkəni vətəndaş müharibəsinə sürükləmək istəyir. Əsas məqsədləri isə Suriya xalqının birliyini və sabitliyini pozmaqdır.

Suriya hökuməti, belə qruplara qarşı sərt mübarizə aparmağa qərar verib və xalqına qarşı qanunsuz hərəkətlərdə əli olanların cəzalandırılacağını bildirib.

Türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Suriyada baş verənlər, Bəşər Əsəd rejiminə qarşı çıxan Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının hakimiyyəti ələ keçirməsi ilə başlamalı olan prosesin bir qədər təxirə salındığını göstərir.

Onun sözlərinə görə, Heyət Təhrir əş-Şam qruplaşmasının məhz Latakiya və Laskiya əyalətlərində Bəşər Əsədin tərəfdarlarına qarşı intiqam hissi ilə hərəkət edəcəyi artıq hər kəsə məlum idi. 

Bildirim ki, Heyət Təhrir əş-Şam qruplaşması belə bir hadisənin baş verəcəyindən məlumatlı idi və onlar bunun üçün bəhanə axtarırdılar. O bəhanə isə Baas qüvvələrinin HTŞ-yə  hücum etməsi ilə ortaya çıxdı və HTŞ indi bunu dəyərləndirir:

"Suriyadakı mövcud vəziyyət asanlıqla həll ediləcək bir məsələ deyil. Çünki Latakiya bölgəsinin qorunmasını Rusiya öz üzərinə götürə bilər. Son məlumatlara görə, böyük bir şiə kütləsi Rusiya bazalarına doğru hərəkət edib, dəniz sahilinə, Mevim bölgəsinə yönəliblər və Rusiyadan yardım istəyirlər. Buna görə də bu məsələnin həlli asan olmayacaq.

Əslində, baş verənlər gözlənilən idi. İnsanlar bu vəziyyətdən təəccüblənmiş kimi davranırlar, amma bu prosesin əvvəldən yaşanacağı məlum idi. Buna görə də HTŞ-nin bütün əsgərlərinə, Suriya ordusundakı bütün hərbçilərə tam nəzarət edə biləcəyini düşünmürəm. 

Bəzi qruplar oradan müstəqil şəkildə hücumlar təşkil edə bilərlər. Eyni zamanda, Nusayri əhalisinin silahlanması daha böyük reaksiyalara səbəb ola bilər. Hazırda onların özlərini qorumaq imkanları yoxdur. Buna görə də daha çox qatliamların baş verəcəyi bir dövr başlaya bilər.

Ümid edirik ki, bu insanlar kütləvi şəkildə Türkiyəyə keçməyə çalışmazlar, çünki onların Türkiyənin sərhədlərində də qohumları var. Bu məsələnin daha da böyüməsinin qarşısı alınar. 

Lakin bu hadisələrin sonunda, ehtimal ki, İran və Rusiya bu azlıq üçün  (hazırda azlıq vəziyyətindədirlər) xüsusi hüquq və ya qorunma tələb edəcəklər.

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Suriya Bəşər Əsəd Engin Özer

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri