Icma.az
close
up
RU
Düşənbədə “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib

Düşənbədə “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Film Şuşaya həsr olunub

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində dekabr 5-də Düşənbədə yerləşən “Vətən” kinoteatrında isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib.

SİA-nın məlumatına görə, səfirlikdən bildirilib ki, nümayişdən əvvəl Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, ölkəmizin Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən söhbət açıb, Zəfər Gününün hər bir azərbaycanlı üçün ən əziz bayram olduğunu, Şuşanın işğaldan azad edilməsinin qəhrəmanlıq dastanına çevrildiyini vurğulayıb. Diplomat təqdim ediləcək filmin həsr olunduğu Xarıbülbül və Şuşa şəhəri haqqında qısa məlumat verib.

Səfir, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsinin şəhərin abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım olduğunu vurğulayıb.

Sonra sənədli film nümayiş olunub.

Tədbir rəsmi ziyafətlə davam edib.

Qeyd edək ki, film Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə rus dilinə səsli tərcümə edilib, ingilis dilində altyazı ilə təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see357

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see263

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see261

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see251

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see249

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see236

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see234

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see229

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see229

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see226

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see226

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see223

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see220

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see219

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see219

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see216

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see214

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see211

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see208

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri