Icma.az
close
up
RU
“Düşmən keçməyəcək“: ABŞ ölkəyə giriş qaydalarını sərtləşdirir

“Düşmən keçməyəcək“: ABŞ ölkəyə giriş qaydalarını sərtləşdirir

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Layihədə ölkələr üç kateqoriyaya bölünür, bunlar "qırmızı", "narıncı" və "sarı" ölkələrdir..."

Ağ Ev administrasiyası ABŞ-a giriş qaydalarını sərtləşdirməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat verib.

Məlumatına görə, təklif olunan məhdudiyyətlər 43 ölkənin vətəndaşlarına təsir edəcək. "Reuters" agentliyi isə yeni qadağaların 41 ölkəni əhatə edəcəyini bildirir.

Hər iki nəşr qeyd edir ki, bu layihə ABŞ-ın diplomatları və təhlükəsizlik xidmətləri tərəfindən hazırlanıb. Layihədə ölkələr üç kateqoriyaya bölünür: "qırmızı", "narıncı" və "sarı”.

"Qırmızı siyahı": 11 ölkənin vətəndaşlarına giriş tam qadağan edilir

Bu siyahıya daxil olan ölkələrin vətəndaşlarına ABŞ-a giriş tamamilə qadağan ediləcək: Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən.

"Narıncı siyahı": immiqrasiya və turizm vizalarına qadağa

Bu ölkələrin vətəndaşlarına immiqrasiya və turist vizaları ilə girişə qadağa qoyulacaq. Yalnız xüsusi hallarda "maddi cəhətdən təmin olunmuş işgüzar səyyahlar" fərdi müsahibə əsasında ölkəyə buraxıla bilər.

"The New York Times" bu siyahıya aşağıdakı ölkələrin daxil olduğunu yazır: Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan.

"Sarı siyahı": iki ay vaxt verilən ölkələr

"Reuters" isə bildirir ki, Rusiya, Belarus, Pakistan və Türkmənistan 26 ölkənin daxil olduğu "sarı" kateqoriyaya aid edilib. Bu ölkələrin hökumətlərinə xəbərdarlıq edilib ki, iki ay ərzində müəyyən problemləri həll etməlidir. Bu problemlərə daxildir:

-  ABŞ-a gələn sərnişinlər haqqında məlumat verməkdən imtina;

- Pasportların verilməsində təhlükəsizlik tədbirlərinin zəif olması;

- Qadağan olunmuş ölkələrin vətəndaşlarına vətəndaşlıq satışı.

Əgər bu ölkələr müəyyən edilmiş tələbləri yerinə yetirməsə, "qırmızı" və ya "narıncı" siyahıya köçürüləcək.

"The New York Times" xəbər verir ki, "sarı siyahı"ya bu ölkələr daxildir: Anqola, Antiqua və Barbuda, Benin, Burkina-Faso, Kamboca, Kamerun, Kabo-Verde, Çad, Konqo Respublikası, Demokratik Konqo Respublikası, Dominikan, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Lüsiya, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve.

Siyahılar dəyişə bilər

Mənbələrin bildirdiyinə görə, bu siyahılar ABŞ Dövlət Departamenti tərəfindən bir neçə həftə əvvəl tərtib olunub və onlar Ağ Evə təqdim olunana qədər dəyişdirilə bilər.

Hazırkı viza sahiblərinə və ya yaşıl kart ("Green card") sahiblərinə bu məhdudiyyətlərin tətbiq olunub-olunmayacağı isə hələ məlum deyil.

Trampın əvvəlki qadağalarına bənzəyir

"Reuters" qeyd edir ki, bu addım Donald Trampın prezident olduğu ilk dövrdə əsasən müsəlmanların yaşadığı yeddi ölkənin vətəndaşlarına girişin qadağan edilməsi qərarına bənzəyir.

Yanvar ayında ikinci dəfə vəzifəyə başlayan Tramp ABŞ-a gəlmək istəyən bütün xarici vətəndaşlara qarşı yoxlamaların sərtləşdirilməsini tələb edən fərman imzalayıb. Həmin sənəd martın 21-dək hansı ölkələrin tam və ya qismən qadağalara məruz qalmalı olduğunu müəyyən etməyi kabinet üzvlərinə tapşırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Mart 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri