Icma.az
close
up
RU
ABŞ ölkəyə giriş qaydalarını sərtləşdirir: Qırmızı, narıncı və sarı kateqoriyada hansı ölkələrdir?

ABŞ ölkəyə giriş qaydalarını sərtləşdirir: Qırmızı, narıncı və sarı kateqoriyada hansı ölkələrdir?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın administrasiyası 43 ölkənin vətəndaşları üçün ABŞ-yə yeni səyahət qadağasının tətbiq edilməsini nəzərdən keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri yazır.

Bildirilir ki, məhdudiyyətlər Trampın ilk prezidentliyi dövründə tətbiq edilənlərdən daha geniş olacaq.

Diplomatlar və təhlükəsizlik xidməti əməkdaşları tərəfindən hazırlanmış tövsiyələr siyahısı layihəsi ölkələrin qırmızı, narıncı və sarı olmaqla, üç kateqoriyaya bölünməsini nəzərdə tutur.

"Qırmızı" siyahıya vətəndaşlarının ABŞ-yə girişi qəti qadağan olunacaq 11 ölkə daxildir. Rəsmilərin sözlərinə görə, bu siyahıya Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən daxil edilib.

Həmçinin nəşrin mənbələri qeyd ediblər ki, siyahı bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilib və Ağ Evə çatana qədər, çox güman, dəyişikliklər ediləcək.

"Narıncı" siyahıda səyahətin məhdudlaşdırılacağı, lakin dayandırılmayacağı 10 ölkənin adı var. Bu hallarda varlı işgüzar səyahətçilərin ölkəyə girişinə icazə verilə bilər, lakin bu, immiqrantlara və ya turist vizası ilə səyahət edənlərə şamil edilmir. Bundan əlavə, bu siyahıda olan vətəndaşlar viza almaq üçün məcburi şəxsi müsahibələrdən keçəcəklər. Siyahıya Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir.

"Sarı" siyahıya daxil olan 22 ölkəyə isə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün 60 gün veriləcək. Üstəlik, tələblərə əməl edilmədiyi təqdirdə digər siyahılardan birinə köçürülmə təhlükəsi ilə üzləşəcəklər. Bu cür problemlərə ABŞ-yə gələn səyahətçilər haqqında məlumatın verilməməsi, pasportların verilməsi zamanı təhlükəsizlik tədbirlərinin qeyri-adekvat şəkildə aparılması və ya qadağan olunmuş ölkələrdən olan şəxslərə vətəndaşlığın satılması halları daxil ola bilər ki, bu da məhdudiyyətlərdən yayınmaq üçün "boşluq" rolunu oynaya bilər.

Bu siyahıya Anqola, Antiqua və Barbuda, Benin, Burkina-Faso, Kamboca, Kamerun, Kabo-Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Lüsiya, San-Tome və Prinsipi, Vanuatu və Zimbabve daxil edilib.

Nəşrin yazdığına görə, Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra Dövlət Departamentinə bu siyahı ilə bağlı Ağ Ev üçün hesabatın tamamlanmasına 60 gün vaxt verib, yəni hesabat gələn həftə hazır olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri