Icma.az
close
up
RU
Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm Video

Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm Video

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, müğənni bununla bağlı video yayımlayıb. O bildirib ki, uzun müddətdir S.Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə aparır:

"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, sübutlar, adlar və fəaliyyət... 

Ümumiyyətlə, iş çox mürəkkəb idi. Nə qədər saxtalıq olar. Sizin hər addımınız saxta idi. Düşünəndə ki, nə qədər belə həkimlər var məni dəhşət bürüyür. Və hər bir xəstə həkimdən asılıdır. Hər mübarizə bugünkü nəticə ilə bitmir. Bu işi qələbə ilə nəticələndirən vəkillərimə təşəkkür edirəm. Bu məsələləri ictimailəşdirən Qənirə Ataşovaya. Çox sağ olun! Sizin zəhmətiniz böyükdür. Mənim haqq səsimi eşidib, inanıb, ürəyiniz yandı və ictimaiyyətə çatdırdınız".

F.Kərimova bildirib ki, S.Heydərova ilə məhkəmə işi hələ də davam edir:

"Savadsız Sevinc Heydərovaya dəstəyi olan insanlara üzümü tutub deyirəm ki, mən bu problemdən əl çəkən deyiləm. İşim bu saat Ali Məhkəmədədir. Sona kimi də gedəcəyəm. Nəticə əldə edənə qədər savaşıram. Dörd dəfə haqsız rəylərlə ekspertizanın nəticəsini oxuyub, eşidəndə əlimi hər şeydən üzmüşdüm. Burada açıq dəstək var idi. Və o dəstək çox insanların, xəstələrin evini yıxacaqdı, çünki Sevinc xanıma qol-qanad verirdi.

Mənə manə olan, gözüyumulu Sevinc Heydərovanın tərəfini saxlayan insanlar güya heç nə olmamış kimi bəraət qərarı verən ekspertizanın cavabı sizi utandırmır? Prokurorluğun bu qərarından sonra heç olmasa vicdanınız sızıldayırmı? Əgər mənə az çox Vətənimdə nüfuz sahibi olan, sözünü deyən bir insanın başına bu oyun gətirilsə, bu haqsızlıq görün digər insanlar nələr çəkir. Gələcək günlərdə Ali Məhkəmənin baxışı var. Düşünürəm, inanmaq istəyirəm ki, Ali Məhkəmə bu işə ürəklə, vicdanla baxacaq və həssasla yanaşacaq".

Qeyd edək ki, F.Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri