Icma.az
close
up
RU
Düşünülmüş siyasətin məntiqi nəticəsi

Düşünülmüş siyasətin məntiqi nəticəsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonun işğaldan azad edilməsindən dörd il ötür. Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin aprel ayının 3-də işğal edilniş Kəlbəcər rayonu 10 noyabr  2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən  həmən ilin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılmışdır. Lakin, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Beləliklə, 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad edildi. Kəlbəcər rayonunun  da, Ağdam rayonu kimi  itkisiz, bir güllə atmadan işgaldan azad edilməsi, ölkəmizin gücünün, qüdrətinin  göstəricisi, əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu və prezident cənab İlham Əliyevin zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirdiyi düşünülmüş, uzaqgörən  siyasətin məntiqi nəticəsi idi.

2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfərini etmiş  Prezident İlham Əliyev orada  Azərbaycanın Dövlət  Bayrağı qaldırmışdır. İşgaldan azad edildikdən sonra Dövlətimizin başçısı Kəlbəcər rayonuna bir neçə dəfə səfər etmiş, səfərlər çərçivəsində yaşayış məntəqələrinin və digər çoxsaylı təməlqoyma , hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir.

Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı Sərəncam ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sözü gedən medalla təltif olunmuşdur.

Dövlətimizin başçısı 31 iyul 2023-cü il tarixində möhtəşəm Zəfər günlərimizi  əbədiləşdirmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.

Kəlbəcərin işğalı nəticəsində düşmən yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib.

Bu gün  Kəlbəcər yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri planlı şəkildə, sürətlə aparılır və görülən işlər Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Ölkə başçısının tez tez azad edilmiş ərazilərə səfər etməsi, görülən işlərlə tanış olması , tapşırıq və tövsiyyələrini verməsi bunun bariz nümunəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri