Icma.az
close
up
RU
Uzaqgörən və praqmatik siyasətin məntiqi nəticəsi

Uzaqgörən və praqmatik siyasətin məntiqi nəticəsi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əlievin də olması hər bir soydaşımızda qürur hissi yaradıb.
2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu nüfuzlu mükafat Cənubi Qafqazda uzun müddət davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın yalnız güclü dövlət deyil, həm də sülh və dialoq təşəbbüskarı kimi tanındığını təsdiqləyir.
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə qeyd edildi ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Bu mükafat humanizm, dinlərarası dialoq, tolerantlıq və sülh təşəbbüslərini təşviq edən nüfuzlu beynəlxalq platformadır. Bu mükafata layiq görülmək o deməkdir ki, təqdim olunan lider yalnız milli siyasətdə deyil, qlobal miqyasda sülh və əməkdaşlıq gündəliyinə real töhfə verən lider kimi qəbul edilir. Bu nüfuzlu mükafat Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan Prezidentininn bu ali mükafata layiq görülməsi onun uzun illərdir apardığı sülh siyasətinin, bu yolda qarşıya çıxan problemlərin humanizm prinsiplərinə sadiqliyi əsasında aradan qaldırmasında yorulmaz fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısı Əbu-Dabidə təqdimolunma mərasımində də diqqətə çatdırdı ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Prezident İlham Əliyev iki ölkə arasında yaradılan sülh prosesinin daha geniş region üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Azərbaycanla Ermənistan 30 ildən artıq müddətdə müharibə şəraitində olub. İndi isə artıq altı aydır ki, hər iki ölkə sülh şəraitində yaşayır. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev də qeyd etdi ki, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. Artıq Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmış, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başlanılıb.
Bütün bunlar təsdiqləyir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sqonşular arasında sülh şəraiti yaratmaq mümkündür. Azərbaycan müharibədə qalib gəlsə də, postmüharibə dövründə sülh sazişinin imzalanması tərəfdarı olduğunu açıq şəkildə bəyan etmişdi. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu, dünyada nadir rast gəlinən bir nümunədir. Uzun illər işğala və haqsızlığa, dünyada ikili standartlara məruz qalan bir ölkə tarixi ədaləti öz gücü hesabına bərpa etdi və qarşı tərəfə sülh əlini uzatdı. Hətta bununla əlaqədar Ermənistana müəyyən şərtlər də təklif etmişdir. Ermənistan da həmin şərtləri qəbul etdi. Azərbaycanın bu istiqamətdə nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi kimi istifadə edilməlidir. Azərbaycanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür.
Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada Əbu -Dabidə baş tutmuşdur. Sülhün bərqərar olunması üçün son razılığa burada gəlindi və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də üçtərəfli Vaşinqton sammitinin təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı.
Pezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının növbəti böyük diplomatik uğurudur.
Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri