Düşünürəm ki, bu, bir təsadüfdür Elmar Baxşıyev
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan - “Araz-Naxçıvan” - “Qarabağ” qarşılaşmasından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Maraqlı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Bizi nə gözlədiyini bilirdik. Komandam ortaya yaxşı iş qoydu. Qələbə qazandıq və bu matçı unudub qarşıdakı oyuna hazırlaşmalıyıq.
Kubok matçlarında penaltilərdən qollar vururuq? Hakimlərin verdiyi qərardır və müzakirəyə ehtiyac yoxdur. Düşünürəm ki, bu, bir təsadüfdür. Futbolun içində olan elementdir.
1 qol üstünlüyü bizi nə dəcədə arxayınlaşdırır? Məğlub olsaydıq belə, üstünlüyümüz və ya əskikliyimiz olmayacaqdı. Kimə qarşı oynadığımızı bilirik. “Qarabağ” reklama ehtiyacı olmayan komandadır. Bu matçı unutmaq və çempionata köklənmək lazımdır. Vaxtı gələndə cavab oyununa köklənəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Aprel 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















