Icma.az
close
up
RU
Düyü 50%, buğda 37% bahalaşıb qlobal ərzaq qiymətləri niyə artır?

Düyü 50%, buğda 37% bahalaşıb qlobal ərzaq qiymətləri niyə artır?

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az 

Qlobal ərzaq qiymətləri silahlı münaqişələr, logistika problemləri və ekstremal hava hadisələrinin təsiri ilə 2022-ci ilin sonlarından bəri ən yüksək səviyyəyə yüksəlib. Yaxın Şərqdə müharibənin başlamasından sonra düyünün qiyməti 50%, buğdanın qiyməti 37%, soyanın qiyməti isə 21% artıb.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Maliyyə İşləri Departamentinin direktoru Rodriqo Valdes Banqkokda keçirilən BVF və Dünya Bankının illik iclasları çərçivəsində təşkil olunan panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ərzaq bazarı son illərdə münaqişələr, ticarət və logistika zəncirlərindəki fasilələr, ekstremal hava şəraiti, eləcə də enerji və gübrə qiymətlərindəki dəyişkənlik səbəbindən dəfələrlə ciddi qiymət şokları ilə üzləşib.

Valdes qeyd edib ki, avqust ayında qlobal ərzaq qiymətləri 2022-ci ilin sonlarından bəri ən yüksək səviyyəyə çatıb. Bununla belə, qiymətlər həmin dövrdə qeydə alınan pik göstəricilərdən təxminən 20% aşağıdır.

BVF rəsmisinin sözlərinə görə, ərzaq təhlükəsizliyinə mənfi təsirlər bəzi regionlarda El Nino təbiət hadisəsi, su çatışmazlığı və qeyri-adi istilərlə daha da güclənir. Sahel, Afrika Buynuzu, Mərkəzi Amerika, Cənubi və Cənub-Şərqi Asiya bu risklərə məruz qalan regionlar sırasındadır.

Valdes bildirib ki, fondun hesablamalarına əsasən, temperatur anomaliyaları təsirlənən ölkələrdə ümumi daxili məhsulun (ÜDM) təxminən 0,5%-i həcmində itkiyə səbəb olur.

Bundan əlavə, anormal istilər Cənub-Şərqi Asiya və Sahel ölkələrində büdcə gəlirlərini ÜDM-in 0,15–0,4 faiz bəndi qədər azalda bilər. Şiddətli quraqlıqlar isə Sahel və Şərqi Afrika ölkələrində dövlət xərclərini ÜDM-in 0,3–0,4 faiz bəndi qədər artıra bilər.

Valdesin sözlərinə görə, dünyada təxminən 260 milyon insan hələ də ərzaq təhlükəsizliyi problemi ilə üzləşir.

BVF rəsmisi risklərə qarşı mübarizə aparmaq üçün ölkələrin hökumətlərini ehtiyacı olan əhali qruplarına vaxtında dəstək göstərməyə imkan verən sosial yardım sistemlərini əvvəlcədən gücləndirməyə çağırıb. O, bu istiqamətdə rəqəmsal reyestrlərin və elektron ödəniş mexanizmlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri