Icma.az
close
up
RU
Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır ARAŞDIRMA

Duz qəbulunu azaltmaq qan təzyiqini dərmansız da salır ARAŞDIRMA

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ alimləri müəyyən ediblər ki, demək olar, hər bir insan duz qəbulunu azaltsa, qan təzyiqini aşağı sala bilər. Hətta hipertoniya üçün dərman qəbul edənlərdə belə gündə cəmi bir çay qaşığı duzun azaldılması müsbət nəticə verir. Bu, natriumun azaldılmasının qan təzyiqinə təsirini öyrənən ən böyük tədqiqatlardan biridir və artıq təzyiq dərmanı qəbul edən şəxsləri də əhatə edib.
Bizim.Media xəbər verir ki, araşdırmaya orta və yaşlı insanlar cəlb olunub.
Onlar gündəlik duz qəbulunu təxminən bir çay qaşığı azaltmaqla sistolik qan təzyiqində orta hesabla 6 mm civə sütunu qədər enmə müşahidə ediblər. Bu təsir yüksək təzyiqin müalicəsində istifadə olunan bəzi dərmanların effekti ilə müqayisə oluna bilər.
Mütəxəssislərin sözlərinə görə, insanların 70–75%-i — təzyiq dərmanı qəbul etməsindən asılı olmayaraq — pəhrizində natrium miqdarını azaltdıqda qan təzyiqində yaxşılaşma görür.
Yüksək qan təzyiqi dünyada xəstəlik və ölümün əsas səbəblərindən biridir. O, ürək çatışmazlığı, infarkt və insult riskini artırır, çünki damar divarlarına əlavə yük yaradır və ürəyin effektiv işləməsinə mane olur.
Araşdırmanın gedişi:
50–70 yaş arası iştirakçılar təsadüfi olaraq yüksək natriumlu pəhriz (gündə 2200 mq əlavə) və ya aşağı natriumlu pəhrizə (cəmi 500 mq) yönləndirilib. Hər bir qrup bir həftəlik pəhrizdən sonra digərinə keçib.
 

Nəticələr göstərib ki, 213 iştirakçı arasında aşağı natriumlu pəhriz zamanı sistolik təzyiq yüksək natriumlu pəhrizlə müqayisədə 7–8 mm civə sütunu, adi qidalanma ilə müqayisədə isə 6 mm civə sütunu enib. Ümumilikdə iştirakçıların 72%-ində təzyiqin azalması qeydə alınıb.


Alimlər vurğulayıblar ki, natriumun azaldılması normada, yüksəklikdə, müalicə olunan və ya olunmayan hipertoniya fonunda demək olar ki, bütün insanlarda qan təzyiqinə eyni faydalı təsir göstərir. (e-saglam.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Sentyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri