Icma.az
close
up
RU
Düzgün səyahət yoldaşını necə seçmək olar? Ekspert vacib məqamlara diqqət çəkir

Düzgün səyahət yoldaşını necə seçmək olar? Ekspert vacib məqamlara diqqət çəkir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Tez-tez deyirlər ki, insanı daha yaxından tanımaq istəyirsənsə, onunla səyahətə çıx. Dost və ya həmkarla birlikdə yola düşmək yaxşı fikir kimi görünsə də, uzun müddət gözlədiyiniz istirahəti korlamamaq üçün nəzərə alınmalı bir neçə məqam var. 

Qaynarinfo "Dailym Mail" xəbər verir ki, trevel-ekspert Aynura Qalau kimlərlə səyahətin kabusa çevrilə biləcəyini göstərən böyük həyəcan siqnallarını açıqlayıb.

Ekspertin sözlərinə görə, diqqət edilməli ilk məqam odur ki, həmin şəxsin büdcə və səfər gözləntiləri ilə bağlı suallardan yayınmamasıdır. Səyahəti planlaşdırmazdan əvvəl iştirakçıların hamısının hansı fəaliyyətlərin və restoranların bron ediləcəyini eyni şəkildə anlaması vacibdir. Bu, xüsusilə gəlir fərqi olduqda önəm daşıyır.

Əgər potensial səyahət yoldaşınız belə söhbətlərdən yayınır və ya mənə hər şey uyğundur deyirsə, böyük ehtimalla cavabı düşünməyib və ya açıq danışmaqdan qaçır.

Aynura bildirir ki, səyahət etmək asan olan insanlar planlaşdırma müzakirələrində iştirak edirlər. Onlar xərclərlə bağlı rahatlıq zonalarını, onlar üçün ən vacib olan məqamları və səfərdən nə gözlədiklərini izah edirlər. Bu aydınlıq yolda hər şeyi daha hamar edir.

İkinci həyəcan siqnalı – qrupa əvvəlcədən müraciət etmədən plan quran insanlardır. Bu, onların səfəri yalnız öz baxış bucaqlarından gördüyünə və başqalarının istək və tələblərini nəzərə almadıqlarına işarədir.

Ekspert eyni zamanda gündəlik logistika ilə bağlı fikirini tez-tez dəyişən insanlardan da çəkinməyi məsləhət görür.

Onun sözlərinə görə, bu tərəddüd adətən yalnız logistika ilə məhdudlaşmır. Harada yemək, oteli nə vaxt tərk etmək və hansı marşrutu seçmək kimi qərarlar da bundan təsirlənə bilər və kiçik seçimlər belə uzun müzakirələrə çevrilər.

Potensial problemli yoldaşı gündəlik həyatda başqaları ilə davranışından da müəyyən etmək mümkündür.

Əgər həmin şəxs səfərin planlaşdırılması ilə bağlı mesajlara saatlarla cavab vermirsə, bu, onun planlara tam sadiq olmadığına və ya onların uğurlu icrasına can atmadığına işarə edə bilər. Sonuncu məsləhət isə intuisiya ilə bağlıdır.

"Dostluqların hamısı səyahət üçün uyğun olmur və bu, tamamilə normaldır", deyə o vurğulayır.

Üstəlik, son vaxtlar turistlər arasında tək səyahət etməyə üstünlük verənlərin sayı artır. Bunun səbəbi isə qohum və dostlarla olan qrup çatlarında sonsuz razılaşmaların yorucu olmasıdır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri