Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq SON DURUM
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Lissabon "Sportinq"inin hücumçusu Viktor Dyökereş İngiltərə nəhəngi ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, isveçli forvardın "Arsenal" ilə apardığı danışıqlar müsbət məcrada yekunlaşıb. Mənbə Çempionlar Liqasında oynamayacağı üçün "Mançester Yunayted"in təklifini geri çevirən Dyökereşin "topçular"la 5 illik müqavilə bağlayacağını vurğulayıb.
Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 52 matça çıxan Viktor 54 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Dyökereşin transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat


