Icma.az
close
up
RU
DYP dın leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP dın leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə isə dolu düşəcəyi proqnozlaşdırılır.
Baş Dövlət Yol Polisi İdarəsi leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq, sürücüləri xüsusilə diqqətli olmağa çağırır:
"İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və nəqliyyat vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.
 

Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.


Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see482

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see282

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see278

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see271

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see252

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see247

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see246

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see245

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see233

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see232

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see230

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see220

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see218

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see214

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see210

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see208

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see208

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see207

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see205

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri