DYP: Yol nəqliyyat hadisələrinin 41,1% ni piyadavurma təşkil edir
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda yol-nəqliyyat hadisələrinin 41,1%-ni piyadavurma təşkil edir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Bu da respublika üzrə ümumi yol qəzalarının 41,1 %-ni təşkil edir".
İdarədən qeyd olunub ki, təkcə noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonlarında sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada həyatını itirib.
DYP həmçinin bunun əsas səbəblərindən biri kimi məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarını göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















