Icma.az
close
up
RU
Dzyuba tarixə düşdü, “Zenit” irqçiliklə qarşılaşdı

Dzyuba tarixə düşdü, “Zenit” irqçiliklə qarşılaşdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Premyer-liqada 20-ci turun oyunları ilə mövsümün üçdəikisi başa çatdı. Cümə günü keçirilən oyunlarda favoritlərdən yalnız “Krasnodar” ümdiləri doğrultdu. Nijni Novqorodda 3 cavabsız qol vuran “öküzlər” 5 oyunluq qələbəsiz seriyaya son qoydular və noyabrın əvvəlindən bəri ilk qələbəni bayram etdilər. “Lokomotiv” isə autsayderlərdən “Axmat” ilə ev oyununda yalnız 1 xalla kifayətləndi. Hər həftə zirvədən daha da uzaqlaşan “Loko”nun qələbəsiz seriyası 5 oyuna yüksəldi.
“Fakel”ə səfərdə iki cavabsız qol vuran çempionluğa digər əsas namizəd “Zenit” də turu itkisiz başa vurdu. Maraqlıdı ki, “Zenit” çempionat çərçivəsində bu rəqibi səfərdə sonuncu dəfə 2001-ci ildə məğlub etmişdi. Düzdü, o vaxtdan bəri komandalar premyer-liqada Voronejdə cəmi iki dəfə qarşılaşmış və hər iki oyunda 1:1-lik bərabərlik qeydə alınmışdı. Oyun böyük qalmaqalla müşayiət olundu. Belə ki, yerli fanatlar dəfələrlə qonaqların qaradərili oyunçularına qarşı irqçilik etdilər. 74-cü dəqiqədə əsəbləri dözməyən və fanatlara orta barmağını göstərən Vendel VAR-ın işə qarışmasından sonra birbaşa qırmızı vərəqə aldı. “Fakel” isə 37-ci dəqiqədən azlıqda oynayırdı. “Zenit” “Spartak”la oyunöncəsi liderlərindən birini itirdi. ÇSKA “Ximki”nin müqavimətini yalnız son anlarda qıra bildisə, Moskva “Dinamo”su parlaq qələbə sayəsində liderlərin təqibini davam etdirdi.
Turun ən önəmli hadisəsi isə Dzyubanın növbəti qolu ilə ilə bağlıdı. Samara derbisində “Akron”un qələbəsinin əsasını qoyan təcrübəli forvard peşəkar karyerasında 234-cü qolu vurdu. O, bununla da Aleksandr Kerjakovu geridə qoyaraq müstəqil Rusiya futbolu tarixinin ən məhsuldar oyunçusuna çevrildi! “Krasnodar” və “Zenit”dən fərqli “Spartak” ümidlərdi doğrulda bilmədi. Kazanda Albaniya yığmasının forvardı Dakunun dubluna mane ola bilməyən Moskva nəhənginin 7 oyunluq qələbə seriyası qırıldı. Məhz bu qollar “Rubin”ə sürpriz şəkildə 3 xal qazandırdı. Bu görüşdə də hər iki komanda azlıqda qaldı. Bu nəticə ilə zirvədə üçhakimiyyətlilik ikihakimiyyətliliyə çevrildi.
20-ci tur
Fakel – Zenit 0:2
Qondu, 19. Kassyerra, 57.
Zenit: Latışonok, Mantuan (Mimoviç, 70), Nino, Yerakoviç, Santos, Zdelar, Vendel, Qluşenkov (Kasyerra, 46), Enrike (Qorşkov, 86), Mostovoy (Axmetov, 90+4), Qondu (Sobolev, 70).
Nijni Novqorod - Krasnodar 0:3
Çernikov, 9. Batçi, 36. Kordoba, 75.
Krasnodar: Aqkatsev, Qonsales (Petrov, 74), Kayo, Kosta, Olasa, Çernikov, Pina (Qazinski, 88), Batçi (Kobnan, 73), Krivtsov (Kozlov, 59), Sa (Kastanyo, 59), Kordoba.
Rubin Spartak 2:1
Daku, 7; 27 Barko, 42-p.
Spartak: Maksimenko, Denisov (Litvinov, 78), Duarte, Babiç, Ryabçuk (Solari, 46), Barko, Umyarov, Prutsev (Qarsiya, 46), Bonqonda (Martins, 46), Markinyos (Medina, 84), Uqalde.
ÇSKA Ximki 1:0
Roşa, 90+3.
ÇSKA: Akinfeyev, Kellven, Diveyev, Roşa, Kruqovoy, Kislyak, Bistroviç (Quarirapa, 82), Oblyakov (Pyaniç, 87), Jemaletdinov (Fayzullayev, 61), Musayev (Alerrandro, 82), Şumanski (Koyta, 61).
Lokomotiv – Axmat 1:1
Batrakov, 16 – Samorodov, 40.
Lokomotiv: Lantratov, Nenaxov, Montes, Fasson, Tiknizyan, Barinov (Qodyaev, 64), Timofeyev (Sarveli, 57), Samoşnikov (Rakov, 57), Batrakov, Pinyaev (Sevikyan, 76), Vorobyov (Süleymanov, 76).
Dinamo M – Dinamo Mh 4:0
Mauhub, 7. Qladışev, 46. Fomin, 65. Balbuena, 84.
Krılya Sovetov – Akron 0:2
Dzyuba, 9. Lonçar, 83.
Orenburq – Rostov 1:2
Mansilla, 28 – Osipenko, 22. Komliçenko, 70.
1. Krasnodar 20 12 7 1 38-13 43
2. Zenit 20 13 4 3 39-12 43
2. Spartak 20 12 4 4 39-16 40
4. Dinamo M 20 11 6 3 42-21 39
5. Lokomotiv 20 11 4 5 35-28 37
6. ÇSKA 20 10 5 5 29-14 35
7. Rostov 20 8 6 6 32-30 30
8. Rubin 20 8 5 7 28-29 29
9. Akron 20 7 4 9 25-36 25
10. Krılya Sovetov 20 5 4 11 20-32 19
11. Nijni Novqorod 20 5 4 11 17-38 19
12. Ximki 20 4 7 9 23-36 19
13. Dinamo Mh 20 3 9 8 12-22 18
14. Axmat 20 3 8 9 19-34 17
15. Fakel 20 2 8 10 11-28 14
16. Orenburq 20 1 5 14 17-37 8
Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv), Daku (Rubin) – 11.
Növbəti turun oyunları martın 15-16-da keçiriləcək: Akron – ÇSKA, Dinamo Mh – Krılya Sovetov, Ximki – Axmat, Lokomotiv – Dinamo M, Orenburq – Fakel, Rostov – Krasnodar, Rubin – Nijni Novqorod, Spartak – Zenit.
***
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi: “Oyun da, nəticə də istədiyimiz kimi oldu. Amma Vendelin qırmızı vərəqəsi ümumi mənzərəni bir qədər korladı. Ümid edirəm ki, tribunada özünü apara bilməyən, başqasını dərisinin rənginə görə məzə obyektinə çevirən, oyunboyu “makaka” sözünü qışqıran insanlara cəza veriləcək. Belə insanları ömürlük stadiondan kənarlaşdırmaq lazımdı. Rəqibin bir futbolçusu da özünü bilərəkdən meymuna bənzədərək qəribə hərəkətlər edirdi. Bu epizodun videosunu da tapıb lazımi yerlərə təqdim edəcəyik. Qəribədi ki, onun hərəkəti hakimin gözündən yayındı. Vendelin əsəbləri dözmədi. Təbii ki, bu hərəkət ona başucalığı gətirmir. Amma nümayişkaranə bir şey etmədi. Kameralar onun hərəkətini tez çəkdi. Amma başqalarının hərəkətləri nədənsə çəkilmədi. Ümid edirəm ki, meymun hərəkətləri edən rəqib futbolçunun nə üçün qovulmadığını bizə izah edəcəklər”.
Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi: “Oyunçularımı heç nədə günahlandıra bilmərəm. İlk yarım saatda zəif təsir bağışladıq və bu da bizə baha başa gəldi. Hərçənd sonradan vəziyyəti düzəltmək üçün əlimizdən gələni etdik. Futbolda hava toplarında üstün olmadıqda, qayıdan topları götürmədikdə oyunu rəqibin qapısına yıxmaq çətinləşir. İlk 30 dəqiqədə “Rubin” həm bu məqamlarda, həm də aqressivlikdə bizi üstələdi. Amma son 60 dəqiqə üçün komandamla qürur duyuram. Əslində Dakunun oyununu təhlil etmişdik. Amma o, cəsur və inadkar oyunu ilə fərq yarada bildi. İkinci hissədə qapımız önündə heç bir təhlükə yaratmasa da, Daku haqda yalnız xoş sözlər söyləyə bilərəm. Fanatlarımıza gözəl dəstəyə görə təşəkkür edirəm. Söz verirəm ki, növbəti oyunlarda onların ümidlərini doğruldacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri