Icma.az
close
up
RU
E resept həkim səhvlərini minimuma endirir

E resept həkim səhvlərini minimuma endirir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Elektron Resept Sisteminin yaradılmasının əsas məqsədi reseptlərin tərtibi, saxlanılması və icrası proseslərinin rəqəmsallaşdırılması, kağız kargüzarlığının minimuma endirilməsi və dərman dövriyyəsində şəffaflığın təmin edilməsidir”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, sistem həmçinin qanunsuz dərman dövriyyəsinin qarşısının alınmasına, vətəndaşların istifadə müddəti bitmiş və ya keyfiyyətsiz dərman vasitələri ilə təmin edilmə riskinin azaldılmasına xidmət edir:

“Elektron Resept Sistemi vasitəsilə kağız reseptlərdən mərhələli şəkildə imtina edilərək reseptlərin vahid elektron platformada tərtibi, saxlanılması və idarə olunması təmin olunur. Bu yanaşma səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, idarəetmə proseslərinin optimallaşdırılmasına və ümumilikdə səhiyyə sistemində səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Sistem həkimlərin, pasiyentlərin və əczaçıların gündəlik fəaliyyətində rahatlığın təmin olunması məqsədilə davamlı olaraq təkmilləşdirilir. Təkmilləşdirmə prosesləri istifadəçilərin praktiki təcrübəsi, həkimlərin rəyləri və sistemdən istifadə zamanı ortaya çıxan ehtiyaclar əsasında həyata keçirilir”.

S.Məhərrəmova bildirib ki, elektron resept tətbiqi ilk növbədə reseptlərin tərtibi prosesində dəqiqliyin və standartlaşdırmanın artırılmasına xidmət edir:

“Sistem dərman vasitələrinin dövlət qeydiyyatı, təsiredici maddəsi, doza göstəriciləri və digər tibbi parametrlər üzrə avtomatlaşdırılmış yoxlama mexanizmləri təqdim edir. Bu mexanizmlər reseptlərin səhv, natamam və ya tibbi standartlara uyğun olmayan formada tərtib edilməsi riskini minimuma endirir.

ununla yanaşı, sistem vətəndaşların resept məlumatlarına çıxış imkanlarını da genişləndirir. Elektron reseptlər mobil tətbiqlər və MyGov platforması üzərindən vətəndaşlar üçün əlçatan olur. Bu isə reseptlərin itməsi, oxunmaz olması və ya istifadə zamanı yaranan digər texniki çətinliklərin aradan qaldırılmasına imkan yaradır”.

Mütəxəssis qeyd edib ki, eyni zamanda, Elektron Resept Sistemi səhiyyə idarəçiliyi baxımından mühüm analitik imkanlar formalaşdırır:

“Sistem vasitəsilə dərman təyinatları üzrə məlumatların toplanması, təhlili və monitorinqi mümkün olur. Bu məlumatlar əsasında dərman təminatının daha səmərəli planlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması və sahə üzrə qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsi təmin edilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri