Icma.az
close
up
RU
E ticarətdə vergi uçotu: qeyri rezidentlər üçün yeni qaydalar

E ticarətdə vergi uçotu: qeyri rezidentlər üçün yeni qaydalar

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elektron ticarətin sürətli inkişafı fonunda Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir.

Adalet.az xəbər verir ki, layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır.

Eyni zamanda, layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslandığı üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Hazırkı qanunvericiliyə əsasən, vergi bəyannamələrinin təqdim olunması və vergi ödənişləri hesabat dövründən sonrakı ayın 20-dək həyata keçirilir. Təklif olunan dəyişikliklərdə bəyannamənin təqdim edilməsi müddəti dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV-nin ödəniş müddəti hesabat dövründən sonrakı ayın sonuncu gününədək müəyyən edilir. Bu dəyişiklik beynəlxalq ödənişlərin xüsusiyyətləri nəzərə alınmaqla, texniki gecikmələrin qarşısını almaq məqsədi daşıyır.

Qanun layihəsində 6 aylıq keçid dövrünün müəyyən edilməsi rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmaq məqsədini daşıyır.

Qeyd edək ki, təklif olunan dəyişikliklər beynəlxalq təcrübəyə və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması üzrə müasir yanaşmalara uyğun həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Fevral 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri