Icma.az
close
up
RU
E ticarətlə bağlı yeni vergi tələbi

E ticarətlə bağlı yeni vergi tələbi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Xarici rəqəmsal platformalar sentyabrın 1-dən vergiyə cəlb olunacaq

Sentyabrın 1-dən elektron ticarətlə bağlı yeni vergi tələbi qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda elektron qaydada xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min dollardan çox olan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları 30 gün ərzində vergi orqanında elektron qeydiyyatdan keçməlidir. Belə ki, illik dövriyyəsi 10 min dolları keçən qeyri-rezident platforma qeydiyyatdan keçərsə, fiziki şəxslərə göstərdiyi elektron xidmət üzrə ƏDV-ni hesablayıb büdcəyə ödəyəcək.

Qaydalar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təlimatlarında müəyyən olunmuş tövsiyələri əhatə edən, daxili bazarda fiziki mövcudluğu olmadan rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən subyektlərin vergiyə cəlb edilməsinin səmərəliliyini artıran, habelə qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla müəyyənləşib.

Yeni dəyişikliklərin başlıca məqsədi sahibkarlar və rəqəmsal xidmət bazarında fəaliyyət göstərən xarici şirkətlər üçün vergi öhdəliklərini daha dəqiq müəyyənləşdirilməsi, e-ticarət platformalarının vergiyə cəlb olunmasının təmin edilməsidir. Dəyişiklik, eyni zamanda, rəqəmsal iqtisadiyyat üzərində nəzarətin gücləndirilməsi ilə əlaqədar aparılan islahatların tələblərindən biridir. Digər mühüm məqam vergi bazasının iqtisadiyyatın rəqəmsallaşmasına uyğunlaşdırılması, rəqəmsal iqtisadiyyat quruculuğunda e-ticarətin hüquqi bazasının formalaşdırılmasıdır. Ümumilikdə, tətbiq olunan yeni mexanizm rəqəmsal xidmətlər sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi öhdəliklərinin icrasının asanlaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edir.

Ədalətli vergi yanaşması

Azərbaycanda rəqəmsal infrastruktur gücləndirilir, yeni iqtisadi model rəqəmsal xidmətlərin ticari dövriyyəsinə nəzarətin artırlmasını da labüd edir. Mövcud vəziyyət onu göstərir ki, e-ticarət bazarında dövriyyənin vergiyə cəlb olunması sahəsində kifayət qədər nizamsızlıq var, xarici platformalar gəlirlərini vergidən gizlədir. Hazırda faktiki olaraq rezident şirkətlər vergiyə cəlb edilib, qeyri-rezidentlərin isə vergidən kənarda qalması e-ticarət sektorunda sahibkarlar üçün sanki ədalətsizlik kimi səciyyələndirilə bilər. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən yerli şirkətlərlə yanaşı, xarici şirkət və platformaların da analoji olaraq vergi öhdəliyinə dəvət edilməsi tamamilə qanunauyğun, vahid vergi yanaşması  deməkdir. Vergi Məcəlləsinə yeni dəyişikliyin edilməsi həmin sahədə mövcud olan intizamsızlıqları tam aradan qaldrımaq məqsədi daşıyır.

Qeyri-rezidentlər üçün 10 min dollarlıq dövriyyə həddinin müəyyənləşdirilməsi isə həm inzibatçılıq, həm də kiçikhəcmli xidmətlərin əlavə yükə məruz qalmaması baxımından məqsədəuyğundur. Bu tədbirlər həm də Azərbaycanda rəqəmsal xidmətlər bazarındakı dövriyyənin  real dəyərini müəyyən etməyə imkan verəcək, vergi bazasını genişləndirəcək, dövlət büdcəsinə daxilolmalara müsbət təsir edəcək.

Vergi Xidməti kommunikasiya işləri aparır

Yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparılır. Hazırda qeydiyyat prosesi davam edir. Qeydiyyata alınmış elektron ticarət platformaları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir və bu günədək qeydiyyatdan keçmiş şirkətlərin siyahısı ilə həmin səhifədə tanış olmaq mümkündür.

Vergi Xidməti bəyan edir ki, yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək.

Rəqəmsal xidmətlərdən sahibkarlıq məqsədilə istifadə edən və vergi uçotunda olan şəxslər qeyri-rezident elektron ticarət platformasının sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər. VÖEN-lər daxil edildiyi halda qeyri-rezident elektron ticarət platforması ƏDV-ni xidmətin dəyərinə əlavə etmir və vergi ödəyicisindən tutmur, xidmətdən istifadə edən vergi ödəyicisi isə müvafiq ƏDV-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada özü hesablayaraq dövlət büdcəsinə ödəyir. Buna görə də vergi ödəyiciləri xidmətlərdən istifadə edərkən vergi statuslarına dair məlumatları düzgün və tam təqdim etməlidirlər.

“Netfliks”, “eBay”, “Zoom” vergi uçotuna alındı

Yeni mexanizmin əhatə etdiyi elektron xidmətlərin dairəsi də müvafiq qanunvericiliklə müəyyən edilib. Belə ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”na əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi, eləcə də internet vasitəsilə göstərilən digər oxşar xidmətlər aiddir.

Qeyd edək ki, indiyə qədər ölkəmizdə elektron qaydada rəqəmsal xidmət təqdim edən 10-dan artıq qeyri-rezident uçota alınıb. Onların sırasında “Apple Limited”, “Adobe Systems Software Ireland Limited”, “Sony”, “Hyperconnect LLC”, “Tinder LLC”, “Epic Games Commerce GmbH”, “Chess.Com LLC”, “Xsolla”,  “Formula One Digital Media Limited” kimi şirkətləri göstərmək olar.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyin qüvvəyə minməsinə bir neçə gün qalmış bir sıra qeyri-rezident şəxslər də ƏDV məqsədləri üçün elektron vergi uçotuna alınmaq barədə vergi orqanına müraciət edib və vergi uçotuna alınmalar başa çatıb. Onların sırasında ABŞ-ın “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netfliks International B.V.”, Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” kimi tanınmış beynəlxalq rəqəmsal xidmət təchizatçısı yer alır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri