Icma.az
close
up
RU
Əbədi qardaşlığın TƏCƏLLASI: “Dünyada sözümüzün çəkisi günü gündən artmaqdadır”

Əbədi qardaşlığın TƏCƏLLASI: “Dünyada sözümüzün çəkisi günü gündən artmaqdadır”

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Biz çətin günlərimizdə bir-birimizin yanında olmaqla birliyimizi və qardaşlığımızı bütün dünyaya nümayiş etdiririk”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili Prezident İlham Əliyevin Türkiyə səfəri çərçivəsində baş tutan görüş, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin perspektivlərindən danışıb.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin “bir millət iki dövlət” müdrik kəlamı üzərində günü-gündən möhkəmlənməkdədir:

“Dövlət başçılarımız arasında formalaşmış qardaşlıq münasibətləri dahi liderlərimizin bizə miras qoyduğu müdrik kəlamlarına sadiqliyimzin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və səmimi münasibətlərdə olan ikinci bir dövlətləri tanımıram. Hətta dünyada eyni dil və dinə malik xalqlar arasında qanlar axdığını, düşmənçiliklərin dərinləşdiyini görürük. Amma Azərbaycan və Türkiyə tarixən bir-birinin yanında arxa-dayaq olaraq, çətin və sevincli günlərdə qardaşlığımızın nə qədər möhkəm olduğunu təsdiq edib. Ölkələrimiz ticari-iqtisadi, humanitar, mədəni, hərbi və digər sahələrdə əməkdaşlığını günü-gündən dərinləşdirir. Biz bir yerdə daha güclü oluruq və dünyada sözümüzün çəkisi günü-gündən artmaqdadır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində İğdır-Naxçıvan qaz boru xəttinin açılışının edilməsi böyük əhəmiyyət daşıyan tarixi hadisədir:

“Bu qaz boru kəmərinin istismara verilməsi Azərbaycanla Türkiyəni birləşdirən xətlərə yeni qolun əlavə olunması deməkdir. Bəli, biz iki qardaş ölkə hər tərəfdən bir-birimizə möhkəm bağlarla bağlanırıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə formalaşmış kommunikasiyalar siyahısı İğdır-Naxçıvan qaz boru xətti ilə davam etdirilir. Gələcəkdə isə İğdırdan elektrik və dəmir xətləri də çəkiləcəkdir ki, bu da qardaşlığımızı daha da möhkəmləndirəcək”.

Müsahibimiz xatırladıb ki, 90-cı illərin əvvəlində Naxçıvanın blokadaya salındığı çətin günlərdə Türkiyə ilə aramızda açılışı olmuş “Ümid körpüsü” əsl ümid yerinə çevrildi:

“Məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi Naxçıvanı böyük bəlalardan xilas edərək Türkiyə ilə münasibətlərin yenidən dərinləşməsinə yol açdı. Amma müstəqilliyimizin ilk günündən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, müstəqilliyimiz tarixində yaşadığımız faciələrlə heç vaxt qarşılaşmazdıq. Düşmənlərimiz həmişə türk dünyasını bir-birindən ayırmağa çalışıb. Məhz 1920-ci ildə Zəngəzuru Azərbaycandan ayıraraq, Ermənistana birləşdirməklə türk dünyasında fiziki bağlantını kəsərək, düşmənlər öz istəklərinə nail ola bildi. Amma indi dövlət başçılarımızın uzaqgörən siyasəti türk dünyası arasında yenidən fiziki bağlantının yaradılmasına istiqamətlənib. Bu gün Naxçıvanla Türkiyə arasında kommunikasiyaların yaradılması istiqamətində görülən işlər də türk dünyasının yenidən birləşməsinə xidmət edir. Yaxın gələcəkdə Zəngəzur dəhlizi də açılacaq və ölkələrimiz arasındakı bağlar daha da möhkəmlənəcək”.

A. Badamov hesab edir ki, Azərbaycan və Türkiyə qardaş, həm də müttəfiqdirlər:

“Biz çətin günlərimizdə bir-birinin yanında olmaqla birliyimizi və qardaşlığımızı bütün dünyaya nümayiş etdiririk. Bəli, torpaqlarımız işğal altında olduğu dövrdə Türkiyə bütün beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini gündəmə gətirirdi. Həm də Türkiyənin rəhbərinin iştirak etməyi beynəlxalq platformada Prezident İlham Əliyevin “Türkiyə burada yoxdur, amma mən varam” deyərək cavab verməsi düşmənlərimiz üçün dərs oldu”.

“O cümlədən 44 günlük Vətən müharibəsi zamanı da Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək göstərməsi, qısa zaman kəsiyində zəfərimizə nail olmağımıza yol açdı. Türkiyədə zəlzələ baş verən zaman Azərbaycan Türkiyədən soruşmadan zəlzələdən əziyyət çəkən bölgələrə birbaşa yardımlar göndərməyə başladı. Bəli, Azərbaycan və Türkiyə çətin gündə soruşmadan yanında olan qardaş ölkələrdir. Bu gün də Azərbaycan Qəhrəmanmaraşda 1000 evlik şəhərcik tikərək zəlzələdən əziyyət çəkən insanlara hədiyyə edir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa olunmasında Türkiyə şirkətlərinin iştirak etməsi “Böyük Qayıdış”a dair Dövlət Proqramının vaxtında icra olunmasına töhfə verir. Bizim birgə layihələrimiz bundan sonra da çox olacaqdır. Dövlət başçılarımızın arasında möhkəmlənmiş qardaşlıq münasibəti xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır və monolit gücə çevirir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see195

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see184

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see183

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see149

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see130

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see124

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri