Icma.az
close
up
RU
Əbədi uçuş, əbədi yuxu və qəlbimizdə yaranan əbədiyyət...

Əbədi uçuş, əbədi yuxu və qəlbimizdə yaranan əbədiyyət...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təyyarə qəzasında həlak olanların siyahısının sonunda yazılmışdı Kalyaninov Aleksandr – 11.12.1992 , Kşnyakin İqor – 19.05.1962, Əliyeva Hökumə - 08.08.1991.

Fərqli günlərdə doğulan, fərqli taleylər yaşayan bu üç insanı birləşdirən tək şey ölüm günü deyildi, eyni zamanda göstərdikləri qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq idi.

Bu üç ifadə Azərbaycana kifayət qədər doğmadır. Tale bizdən həmişə fədakar, qəhrəman və peşəkar olmağımızı, elə bu cür də ölməyimizi tələb edib. Buna II Fəxri xiyabana hər ziyarətimizdə əbədi yuxu yatan Vətən müharibəsi qəhramanlarını, ömrünü Azərbaycana həsr edən ictimai-siyasi xadimləri, bir sözlə fərqli taleləri birləşdirən eyni amallı insanları görəndə bir daha əmin oluruq.
Dünən isə bu siyahıya üç nəfər də əlavə olundu. 25 dekabrda Rusiya hava məkanında kənar müdaxilə səbəbi ilə Aktauya qəza enişi edən və 29 nəfərin sağ qalmasında böyük əmək sərf edən, amma nəticədə öz həyatlarını itirən üç ekipaj üzvü - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva. Doğum tarixlərindən fərqli olaraq qəhrəmanlıq tarixləri eyni idi və elə eyni yerdə də dəfn olundular.

Günün ilk yarısından insanlar davamlı olaraq Fəxri xiyabana axın edirdi. Hava tutqun və göz yaşlarını gizlətmək istəyən, amma qeyri-ixtiyari ağlayan insan kimi idi. Əllərindəki qərənfil kimi boynubükük insanların göz yaşı da narın damcılara qarışırdı. Uzun müddət davam edən sükutu, daim səmada olan fədakar ekipaj üzvlərinin son mənzilə - Fəxri xiyabana çatması pozdu. Onların əbədi yuxusuna şahidlik edən insanlar üç qəhramanın səssizliyinə üsyan edib ağlamağa başladı.


“Görəsən son anda nə hiss etdilər” məzar başında eşitdiyimiz söz bu oldu. Bu söz çarəsizliyin, heç nəyi dəyişə bilməməyin ifadəsi idi, bu söz ümidin simvolu Hökumənin “Hər şey yaxşı olacaq!” nidasının özünü doğrultmaması idi. Qəhrəmanlar dəfn olunduqca, hönkürtü səsləri artır, bunu görən hava sanki tutulurdu, eyni ilə İqor Kşnyakinin qızları, Aleksandrın anası, Hökumə Əliyevanın yaxınlarının ağlamaqdan görməyən gözləri kimi.

Bu vaxt göy üzündə ara-sıra görünən quşlar diqqət cəlb edirdi. Məzar başında uçan bu quşların hansı növ olduğunu demək çətin idi. Sanki dünyada bu quşlardan sadəcə bir neçə dənə var idi, sanki həyatını itirən qəhrəmanlar səmaya olan sevgilərində tayı-bərabəri olmayan quşlara çevrilib yaxınları ilə bu cür vidalaşırdı.

Hər uçuş sonrası alqış etdiyimiz ekipaj üzvlərinə bu dəfə qəhramanlıqlar üçün təşəkkür etdik. Məzar başındakı  alqış vidanın deyil, təşəkkürün sədası idi. Onlarla vidalaşan isə ailələri oldu. Övlad, həyat yoldaşı, ata kimi missiyasını tamamlayan üç qəhrəman bundan sonra Milli Qəhrəman adını daşıyacaq, göstərdikləri şücaətə görə həmişə bu missiya ilə tanınacaq, hətta ailələri üçün də...

Son mənzil... Bəlkə də bu ifadə onların uyuduqları xiyaban üçün deyilməməlidir. Bura onların son deyil, əbədi məkanına çevrildi, eynilə uçuşları kimi... 25 dekabrda göstərdikləri qəhrəmanlıqla hamımızdan daha çox yaşıyacaq bu üç nəfərin evinə çevrildi bu xiyaban. İlk doğulduqları gün eşitdikləri laylalarla yeni evlərinə yola salınan qəhrəmanlarımızın əbədi uçuşu da, əbədi yuxusu da qəlbimizdə həmişəlik əbədiyyət tapdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri