Icma.az
close
up
RU
Əbədiyaşar sevgi: Fərizənin İlhamının doğum günüdür

Əbədiyaşar sevgi: Fərizənin İlhamının doğum günüdür

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əslində onların adını tək çəkmək olmur...Onlar xalqımızın yaddaşına qoşa düşüblər. Qoşa ürək, qoşa qanad kimi...

Axı 20 yanvar şəhidləri İlham və Fərizəni bir birindən necə ayırasan?! Doğumları fərqli olsa da, həyat birləşdirdi onları, ölümləri də bir oldu!
Bu gün o qoşa qanaddan birinin - İlham Allahverdiyevin doğum günüdür. Fərizənin İhamının doğum günüdür! 
Bir-birindən xəbərsiz doğulduqları bu dünyada SARSILMAZ, BÖYÜK, İBRƏTAMİZ SEVGİ onları qovuşdurdu, ölüm isə onları ayıra bilmədi. Beləliklə, ölümün də aciz qaldığı SEVGİ dillərə dastan oldu...

İlham Əjdər oğlu Allahverdiyev. 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdu.
Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.
Fərizə Çoban qızı Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.
1989-cu il iyunun 30-u onların vüsal günü idi, toyları olmuşdu. Toyun səsi hələ qulaqlarından getməmişdi. Cəmi 6 ay xoşbəxtliyin şirinliyini dada bildilər. Sonra...Sonra dəhşət oldu...
...O qanlı yanvar gecəsində atışma eşidiləndə İlham da küçəyə çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Qoşunlar şəhərə girən vaxt, saat 00:30 - dəqiqədə yaralanıb. Respublika klinik xəstəxanasına aparılıb. Gecə saat 1-də cərrahiyyə əməliyyatı başlayıb.
Xəstəxananın işığı keçirildiyindən kağız işığında, kibrit işığında əməliyyat aparılıb. Bundan sonra cəmisi 30 dəqiqə yaşayıb. Axırıncı sözü bu olub: “Anama heç nə deməyin”.
Fərizə isə gözləyirdi. Bir saat, iki saat, üç saat... Zülmət gecənin qaranlığına baxmaq əldən salmışdı onu.
Səhərə kimi ilan vuran yatmışdı, Fərizə yox.
O qanlı yanvar səhəri eşitdi bu xəbəri. Gözləri qaraldı. Evdəkilərin gözündən yayınıb üstünə neft tökdü. Son anda kibriti əlindən aldılar. Hər addımını izləməyə başladılar. Bir gün sonra yanvarın 21-də səhər erkən durub İlhamın böyük qardaşı Eldarın toppuş oğlu Əjdərin yatağına doğru gedib, uşağın yorğanını düzəldib. Bir xeyli beləcə durub Əjdərin təbəssüm dolu sifətinə baxıb.

Nə düşünüb görən bu an Fərizə... Öz bədbəxt taleyinimi, İlhamın faciəli ölümünümü... Yoxsa doğula bilməyəcək körpəsinimi...
Gözü yaşlı o biri otağa keçir. Toy şəkillərini stolun üstünə tökür. Baxır, baxır, sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: “Mən onsuz yaşaya bilmərəm. Siz məni...” Sözlər burada qırılır. Sonra isə ölüm stəkanını başına çəkir. Saatın əqrəbi 6-nın üstündə idi...
Bugünkü günümüzün Leyli sevgisini, Leyli sədaqətini, Leyli ucalığını görmək istəyənlər Şəhidlər xiyabanına getsin. Bir qoşa məhəbbətin qoşa zirvəsi uyuyur o torpaqda. Torpaqda uyusalar da ƏBƏDİ SEVGİləri yaşayır və yaşayacaq (qaziler.az).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri