Icma.az
close
up
RU
Dahi bəstəkarın əbədiyaşar sənəti

Dahi bəstəkarın əbədiyaşar sənəti

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Üzeyir  Hacıbəyli – 140

Prezident İlham Əliyevin sərəncamı ilə Şərqdə ilk ope­ra­nın yaradıcısı, böyük musiqi­şünas-alim, istedadlı pub­li­sist, dramaturq və pedaqoq, ta­nın­mış ictimai xadim, Xalq artisti, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində qeyd oluna­caq. Artıq aylardır ki, bu yöndə təşkil edilən maraqlı tədbirlər bir-birini əvəz edir. 

Adını Azərbycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazdırmış unudulmaz Üzeyir Hacıbəyli zamanın fövqündə dayanan böyük sənətkarlardandır. Onun 140 illik yubileyi ölkəmizdə əsl sənət bayramı kimi Teatrların, digər sənət ocaqlarının afişalarına, tədbir proqramlarına nəzər salanda böyük sənətkarın varlığını hiss edir, sanki bizləri heç tərk etmədiyi qənaətinə gəlirik.

Bildiyimiz kimi, Azərbaycan milli opera sənətinin tarixi dahi Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası ilə başlanır. Bir əsrdən çoxdur ki, Üzeyir bəyin bu və digər əsərləri Opera və Balet Teatrının səhnəsində oynanılır. Sənətsevərlər düz 88 il əvvəl burada ilk dəfə Hacıbəyli yaradıcılığının zirvəsi sayılan məşhur qəhrəmanlıq rəmzi “Koroğlu”ya baxıblar. Həmin əsərdə Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor və balet səhnələri, müxtəlif ansambllar yaradıb. Bu 5 pərdəli operaya görə bəstəkar 1941 ildə Stalin mükafatına layiq görülüb.

Bu yubiley ili də istisna deyil. Mart ayında teatrın yaraqdıcı kollektivi bəstəkarın “Arşın mal alan” operettasını təqdim edib. Dirijor Sevil Hacıyeva, quruluşçu rejissor Hafiz Quliyev, quruluşçu rəssam Əyyub Fətəliyev, baletmeysterlər Mədinə Əliyeva və Afaq Məlikova, xormeysterlər Sevzixan Serderov və Zöhrə Həşimovanın zəhməti növbəti dəfə tamaşaçıların təqdirini qazanıb. Rolları Ramil Qasımov (Əsgər), İnarə Babayeva (Gülçöhrə), Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Taleh Yahyayev (Süleyman), Səbinə Vahabzadə (Asya), Gülyaz Məmmədova (Telli), Sadiq Məlikov (Vəli) böyük məharətlə ifa ediblər.

Ölkənin teatrları da öz fəaliyyətlərini Üzeyir bəyin ölməz əsərlərinin tamaşaları ilə dolğunlaşdırırlar. Hər dəfə yenidən bizdə belə bir qəti əminlik yaranır ki, ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr etmiş fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fevral, mart və aprel aylarında dəfələrlə dahi bəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun”, eləcə də “Leyli və Məcnun” əsərlərini sənətsevərlərə təqdim edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da Üzeyir bəyin möhtəşəm tamaşaları repertuardan düşmür. Bölgə ­teatrlarımız da bu baxımdan istisna deyil. 

Fərəhli haldır ki, ölkəmizin hüdudlarından kənarda da Üzeyir bəyin əsərləri teatrların repertuarını bəzəyir. Məsələn, Batumi şəhərinin sənətçiləri bəstəkarın dramaturji baxımından aparıcı, əsas bədii-ifadə vasitəsi musiqi olan “Arşın mal alan”ını gürcü dilində səhnələşdiriblər. Tamaşa aprelin 2-də Acarıstan Muxtar Respublikasının Batumi Dram Teatrında gürcü dilində nümayiş etdirilib. Səhnə əsəri Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə ərsəyə gəlib. Daha öncə Daşkənddə Beynəlxalq Teatr Günü münasibətilə ilk dəfə olaraq Azərbaycan milli teatrına həsr olunmuş “Dostluq səhnələri” adlı gecədə “Arşın mal alan” və “O olmasın bu olsun” musiqili komediyalarından parçalar göstərilib. 

Aprelin 7-də Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında bu operettanın əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Qeyd edilib ki, “Arşın mal alan” Türkmənistanın da mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa dost ölkənin müxtəlif teatrlarda səhnəyə qoyulur, ­1980-ci illərdən etibarən isə bu əsər A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq oynanılır, həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, yüksək qiymətləndirilir.

Vyanada isə “Arşın mal alan” 19 ildən sonra yenidən səhnəyə hazırlanır. Yeni quruluşda təqdim ediləcək tamaşa, Avstriyanın mərkəzində yerləşən məşhur “Teatr Aksent”də oktyabrın sonu–noyabrın əvvəllərində oynanılacaq. Layihənin yüksək səviyyədə hazırlanması üçün yaradıcı heyət Bakıya səfər edib. Ariyalar Azərbaycan dilində, libretto isə alman dilində təqdim ediləcək. Bununla da Üzeyir Hacıbəylinin ölməz irsinin və Azərbaycan mədəniyyətinin Avropada daha geniş tanıdılmasına töhfə veriləcək.

Aprelin 8-də İsrailin Afula şəhərində Üzeyir Hacıbəyli ilə görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin anadan olmalarının 140 illiyi münasibətilə tədbir keçirilib. Dünyaşöhrətli rusiyalı musiqişünas, “Rus naxışları” Moskva vilayət Filarmoniyasının Dövlət Akademik Orkestrinin bədii rəhbəri və dirijoru İlya Reybarx Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığının Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna rolu haqqında danışıb. Ədəbi-musiqili gecədə klassik Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən “Leyli və Məcnun”, “İldırımlı yollarla”, “Min bir gecə”, “Məhəbbət əfsanəsi” kimi məşhur əsərlərdən parçalar, eləcə də “Koroğlu” operasının uvertürası səsləndirilib.

Aprelin 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla Bayramova konsertdən əvvəl çıxış edərək Azərbaycan professional musiqisinin banisi Üzeyir bəyin ömür ­yolundan və bənzərsiz yaradıcılığından danışıb. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova tələbələri ilə Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Üzeyir Hacıbəylinin ev-muzeyində də daimi qələbəlik hiss olunur. Bir neçə gün əvvəl burada növbəti yubiley tədbiri keçirilib. Ev-muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov bu kimi məclislərin əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin dünya musiqi tarixində müstəsna yerini qeyd edib. Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramı çərçivəsində Cahangir Cahangirov adına xor kollektivi “Leyli və Məcnun” operasından bəstələr, “O olmasın, bu olsun” operettasından duetlər, “Arşın mal alan” operettasından əsərlər, xalq mahnıları və digər əsərləri səsləndirib. 

Xatırladaq ki, bundan 1 ay əvvəl ev-muzeyində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının 115 illiyi qeyd edilib. Natiqlər əsər barədə danışıblar, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Səmədzadə Xasiyev və Aydan Həsənova “O olmasın, bu olsun” musiqili komediyasından seçilmiş səhnələri tamaşaçılara təqdim ediblər. Bu il həm də Üzeyir bəyin ev-muzeyinin 50 illik yubileyi ilidir. Mədəniyyət məkanının tarixindən, fəaliyyətindən, dahi bəstəkarın yaradıcılıq irsinin qorunması istiqamətində görülən işlərdən də bəhs edilib.

Daha öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun layihəsi əsasında “Üzeyir Hacıbəylinin milli məqam sistemi gənc musiqiçilərin tədris repertuarında” III Respublika müsabiqəsi təşkil olunub. Musiqi tədrisi sisteminə daxil edilən “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı Proqramı”nın əhəmiyyəti vurğulanıb. 

Hələlik, son anım mərasimi Opera Studiyasının səhnəsində “Arşın mal alan” operettasının premyerası olub. Bakıda keçirilən Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılışında təqdim edilən tamaşada rolları gənc opera müğənniləri Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Şahirə Rzayeva ifa ediblər. Cahan xala rolunu Fidan Hacıyeva, Soltan bəy rolunu Əməkdar artist Fərid Əliyev, Vəli rolunu Əməkdar artist Tural Ağasıyev, Əsgər rolunu “Yuğ” teatrının aktyoru Vüqar Hacıyev ifa ediblər.

Müxbirlərə müsahibəsində Opera festivalının təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva festivalın niyə “Arşın mal alan” operettası ilə açılmasına qərar verilməsindən danışıb.

“Bu il Üzeyir Hacıbəyliyə həsr olunub. Tamaşamız üçün artıq bir neçə dəfə dəvət almışıq. Bu il “Arşın mal alan” İngiltərədə nümayiş etdiriləcək – mahnılar Azərbaycan dilində, personajların dialoqları isə ingilis dilində səslənəcək. Bundan əlavə, sentyabrın 18-də – Üzeyir Musiqi Günündə sənətçilər operettanı Naxçıvanda təqdim edəcəklər.

Ə.DOSTƏLİ 
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see373

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see343

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see314

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see242

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see235

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see228

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see213

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see175

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see164

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see160

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see153

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see153

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see152

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see141

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see140

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri