Icma.az
close
up
RU
Əbədiyyətə çevrilmiş Vətən sevgisi

Əbədiyyətə çevrilmiş Vətən sevgisi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən Müharibəsi Qəhrəmanının doğum günüdür

Tarixə 44 günlük Zəfər salnaməsi adı ilə daxil olan Vətən müharibəsində, İkinci Qarabağ savaşında qazanılan qələbə heç də asan başa gəlmədi. 2020-ci ildə qətiyyətli sərkərdə İlham Əliyev öz siyasi müdrikliyi ilə Ermənistanı diz çökməyə məcbur etdi. Son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində qələbəsi öz unikallığı ilə fərqləndi. İgid oğullarımız 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Tarixin axarına yeni nizam verən bu Şanlı Qələbə iki yüz ildə itirilən torpaqlarımızın geri qayıdış Zəfəri, eyni zamanda xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inamın ifadəsi oldu.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayanda Azərbaycanın bütün qəhrəman oğulları kimi, Zaqatala rayonunda doğulub boya-başa çatmış kapitan İsmayıl Səmədov da döyüş meydanına atıldı. Vətən torpağını göz bəbəyi kimi qorudu...

Adı Azərbaycanın hərb tarixinə yazılmış İsmayıl Səmədov 9 avqust 1990-cı ildə yurdumuzun dilbər guşələrindən olan Zaqatala rayonunun Lahıc kəndində dünyaya göz açmışdır. 1996-2005-ci illərdə Q.Qocayev adına Lahıc kənd orta məktəbini bitirmiş, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsilini davam etdirmişdir. İsmayıl 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuş, istedadlı bir gənc kimi formalaşmışdır. O, 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə qulluq edirdi.

Vətən müharibəsində sonra könüllü olaraq iştirak etmək istəyənlərin sayı artdı. Bu, xalqımızın yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətənini canından çox sevən İsmayıl Səmədov da silaha sarılaraq Vətənin müdafiəsinə, ölüm-dirim savaşına yollandı.

İsmayılın döyüş yolu Füzulidən başladı. O, bir zabit tək üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, ən çətin məqamlarda düşmənə ağır zərbələr endirməyi bacardı. Neçə-neçə erməni hərbçisini zərərsizləşdirdi. Əmin idi ki, tezliklə faşist xislətli erməni vandalları ağır məğlubiyyətlə üzləşəcək, Sarkisyanın, Koçaryanın bütün planları alt-üst ediləcəkdir. Tale elə gətirdi ki, oktyabrın 11-də Füzuli uğrunda gedən qanlı döyüşlərdə İsmayılın sinəsi düşmən gülləsinə tuş gəldi, onu ölümün pəncəsindən qurtarmaq mümkün olmur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Səmədova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

İgid döyüşçü İsmayıl Səmədov "Cəbrayılın azad olunmasına görə", III dərəcəli "Qüsursuz xidmətə görə" və "Vətən uğrunda" medallarına da layiq görülmüşdür.

Xalqımız qəhrəman oğlu İsmayıl Səmədovun parlaq xatirəsini həmişə uca tutacaq, onun məzarı xalqımızın and yeri olacaqdır.

Müşfiq MİRZƏ

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri