Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Əbədiyyətə çevrilmiş şəhid ömrü

Əbədiyyətə çevrilmiş şəhid ömrü

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordsunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar.  

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən, Vətən torpağının işğaldan qurtarılmasında canından keçən minlərlə igidimizdən biri də əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrin şəhid əsgəri Aqil Mirzəliyevdir. 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuş, 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. Fənn olimpiadaları, bilik yarışlarında dəfələrlə birinci olub. Musiqiyə də maraq göstərir, pianoda gözəl ifa etməyi bacarırdı. İsmayıllıda böyüyən şəhidimiz Azərbaycan Dövlət İqtisad Universitetinə 613 balla daxil olur. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Aqilin həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf edir. Müharibə dövründə ailəsindən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışır. Telefon danışıqlarının birində anasına "Murovu biz almışıq" deyir. Ailəsi Aqilin döyüşlərdə olduğunu belə öyrənir.

Döyüşçü yoldaşları və komandiri Aqillə bağlı xatirələrindən danışarkən qeyd edirlər ki, o, daim öndə gedir, yüksək savadı və çevik məntiqi ilə çətin vəziyyətlərdən rahatlıqla çıxa bilirdi. Aqil gözünün bir qədər zəif görməsini döyüş yoldaşlarından gizlədərək həmişə öndə olmağa çalışıb. Buna görə də silahdaşları onunla fəxr edirlər.

Şəhidin qardaşı Vüqar Mirzəliyev qeyd edir ki, Aqil telefon danışıqları zamanı hər dəfə nigaran qalmamalarını və tezliklə qələbə xəbərləri ilə qayıdacağını söyləyirdi: “Aqillə sonuncu dəfə şəhadətindən iki gün əvvəl-oktyabrın 18-də əlaqə saxladıq. Yenə hər şeyin yaxşı olduğunu, nigaran olmamağı dedi. Sonra anamla danışaraq belə təsəlli verirdi: “İndi bu Vətəni kim qorusun? Bu torpağı kim alsın? Burada bir rütbəli hərbçi var, bir dəfə yaralandı, getdi hospitala və sağalaraq geri qayıtdı. Sonra yenə yaralandı və dedi ki, Vətən sağ olsun! Mənim belə mərd, cəsur komandirlərin yanında heç nə deməyə haqqım yoxdur. Mənə nə tapşırıq verilsə, onu da edəcəyəm...”.

Aqil Mirzəliyev Murov, Hadrut, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Aqil Mirzəliyev 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Daha bir şəhid, daha bir qəhrəman oğulun ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək.

Azərbaycanın öz torpaqlarını düşməndən xilas etmək üçün apardığı müqəddəs savaşa, yazılan tarixə Aqil də öz ömrü ilə imza atdı. Qazanılan zəfərdə onun da xidməti var: Torpaq uğrunda ölən varsa Vətəndir.

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.                                                           

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri