Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

MÜBARİZ İBRAHİMOV VƏTƏN SEVGİSİNİN ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN ADI

MÜBARİZ İBRAHİMOV VƏTƏN SEVGİSİNİN ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN ADI

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Bəzi insanlar dünyaya gəlir, yaşayır və zaman keçdikcə xatirələrdən uzaqlaşırlar. Bəzi insanlar isə qısa ömürlərinə bir xalqın əsrlərlə danışacağı qədər böyük bir tarix sığdırırlar. Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimov məhz belə insanlardan biridir.

Mübarizin ömrü uzun olmadı. Amma onun adı uzunömürlü oldu. O, cəmi 22 il yaşadı, lakin bu qısa ömrün içərisinə elə bir Vətən sevgisi, cəsarət və fədakarlıq yerləşdirdi ki, bu gün onun adı Azərbaycan tarixində qəhrəmanlıqla yanaşı çəkilir.

Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açdı. Sadə bir kənd uşağının arzuları vardı: yaşamaq, sevmək, ailə qurmaq, gələcək yaratmaq... Lakin onun qəlbində bütün şəxsi arzularından daha böyük bir məhəbbət vardı – Vətən sevgisi.

Bəzən tarixdə elə günlər olur ki, həmin gün yalnız bir insanın deyil, bütöv bir xalqın yaddaşına yazılır. 18 iyun 2010-cu ilin gecəsi Mübariz İbrahimov Vətən uğrunda son döyüşünə getdi. Qarşısında ölüm vardı. Amma Mübarizin qarşısında daha böyük bir amal dayanırdı – Vətənin müdafiəsi. Qeyri-bərabər döyüşə atılan gənc Mübariz bilirdi ki, qarşısındakı yolun sonu ölüm ola bilər. Amma geri çəkilmədi. Çünki onun üçün Vətən yaşamaqdan da üstün idi. Mübarizin qəhrəmanlığı həmin gecə ilə bitmədi. Əksinə, onun şəhadəti ilə adı Azərbaycanın yaddaşında əbədiləşdi. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Mübariz haqqında yazarkən bu mövzu mənim üçün yalnız tarixi bir qəhrəmanlıq hekayəsi deyil. Bu adın arxasında şəxsən şahidi olduğum və yaddaşımda silinməz iz buraxan bir görüş də var. 2 oktyabr 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində Mübarizin atası Ağakərim kişi və anası ilə görüşmək mənə nəsib oldu. O görüş mənim üçün adi bir görüş deyildi. Qarşımda Azərbaycanın Milli Qəhrəmanını böyüdən ata və ana dayanmışdı. Bir övladını Vətənə qurban vermiş, onun adı ilə yaşayan iki müqəddəs insan...

Söhbət etdik, xoş sözlər danışdıq, xatirələr bölüşdük. Mübarizdən, onun uşaqlığından, xarakterindən və ailə içindəki xatirələrindən danışıldı. Hər kəlmədə bir ata qüruru, bir ana həsrəti, hər xatirənin arxasında isə böyük bir Vətən sevgisi duyulurdu. Həmin görüşdə Ağakərim kişi mənə kitablar bağışladı və onları öz əli ilə imzaladı. O imza mənim üçün sadəcə bir imza deyildi. Bu, Mübarizin atasından mənə qalan qiymətli bir xatirə, bir əmanət idi. O zaman bilmirdim ki, həmin imza çox keçmədən mənim üçün daha böyük məna daşıyacaq... Görüşümüzdən cəmi bir neçə gün sonra Ağakərim kişinin də vəfat etdiyi xəbərini eşitdim. Bir neçə gün əvvəl qarşısında oturub söhbət etdiyim, Mübarizin xatirələrini dinlədiyim ata artıq həyatda yox idi. İndi həmin kitabların üzərindəki Ağakərim kişinin imzasına baxanda o görüş yenidən gözlərimin önünə gəlir. Sanki onun səsi, danışdığı xatirələr və Mübariz haqqında söylədiyi sözlər yenidən eşidilir. Bəzən insan bir əşyanın gələcəkdə nə qədər qiymətli xatirəyə çevriləcəyini həmin anda bilmir.

O kitablar bu gün mənim üçün sadəcə kitab deyil. Onlar Milli Qəhrəman Mübariz İbrahimovun atasından qalan bir xatirədir. Bir imza isə bir insanın öz xətti ilə yaddaşda qoyduğu izdir.

Mübariz İbrahimovun Vətən qarşısında göstərdiyi fədakarlıqdan sonra Mübariz milyonlarla insanın övladına çevrildi. Onun şəkillərinə baxanda insanın ağlına ilk gələn fikir budur: “Kaş daha uzun yaşayaydı...”

Amma qəhrəmanların ömrü yalnız illərlə ölçülmür. Bəzən 22 il bir insanın həyatıdır, bəzən isə bir xalqın yaddaşında əbədiyyət qədər uzun bir tarixdir. Mübariz öz ömrünü Vətənə bağışladı. Azərbaycan isə onun adını yaddaşına həkk etdi. Mübariz olmaq yalnız silah götürmək deyil. Mübariz olmaq – Vətəni özündən üstün tutmaqdır, ən ağır anda geri çəkilməməkdir, qorxuya baxmayaraq doğru bildiyin yoldan dönməməkdir, torpağın, bayrağın və xalqın adını öz həyatından üstün tutmaqdır. Buna görə də Mübarizin adı sadəcə bir insanın adı deyil. “Mübariz” artıq Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında bir məna daşıyır. O, Vətən üçün yaşadı, Vətən üçün döyüşdü və Vətən yolunda şəhid oldu. Atası isə ömrünün sonuna qədər oğlunun adı ilə yaşadı. Bu gün onların hər ikisi həyatda yoxdur. Amma onların adı var. Mübarizin adı var, Ağakərim kişinin adı var. Və onların adı Azərbaycan torpağında, Əliabad kəndində, bir xalqın yaddaşında yaşayacaq. Bəzən bir ata öz oğlunu Vətənə verir. Bəzən isə bir xalq həmin oğulu öz yaddaşına əmanət edir. Mübariz İbrahimov məhz belə bir əmanətdir. Ağakərim kişinin mənə öz imzası ilə bağışladığı kitablar isə bu böyük hekayənin mənim yaddaşımda qalan ən qiymətli izlərindən biridir. Hər dəfə həmin kitablara və o imzaya baxanda bir görüş, bir ata, bir ana və bir qəhrəman gözlərim önündə canlanır. İnsan həyatdan gedir, amma onun qoyduğu iz, söylədiyi söz və bağışladığı xatirə yaşamağa davam edir.

Ruhunuz şad olsun, Ağakərim kişi!

Ruhun şad olsun, Milli Qəhrəman Mübariz!

Biri Vətən üçün canından keçdi, digəri Vətənə qəhrəman oğul bəxş etdi. Sizin adınız artıq bir ailənin deyil, bütöv Azərbaycanın yaddaşındadır.

Unudulmayacaqsınız!

Elgün Əliyev

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri