“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasında "Ebola" virusu can almaqda davam edir. Ölkədə virusa yoluxanların sayı 933-ə, ölənlərin sayı isə 245-ə çatıb.
Milli.Az xəbər verir ki, səhiyyə naziri Samuel Rocer Kambanın sözlərinə görə, hazırda 416 nəfər xəstəxanalarda müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm faizi 26 faiz səviyyəsindədir.
Nazir bildirib ki, xəstəliyin erkən aşkarlanması və təmaslı şəxslərin izlənməsi istiqamətində işlər gücləndirilib. Eyni zamanda, əhalinin səhiyyə sisteminə etimadının artdığı qeyd olunub. "Ebola" xəstələrinin müalicəsi üçün ayrılan çarpayıların sayı 516-ya çatdırılıb, müalicə mərkəzlərinin imkanları isə genişləndirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 İyun 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















