Ebola yenidən can alır: Ölənlərin sayı 60 a çatdı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola qızdırması epidemiyası zamanı ölənlərin sayı 60-a çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Rəsmi təsdiqlənmiş məlumatlara əsasən, Ebolaya yoluxanların sayı 344 nəfərə yüksəlib. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı 48 təsdiqlənmiş ölüm və 321 yoluxma faktı barədə məlumat vermişdi.
Ebola xəstəliyinin 17-ci dalğası KDR-da mayın 15-də başlayıb. Xəstəliyin ocağı ölkənin şərqində yerləşən İturi vilayətidir. Ebola halları Uqanda ilə həmsərhəd olan bu bölgədə qeydə alınıb.
Səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün monitorinq və nəzarət tədbirlərini davam etdirirlər.
Baxış sayı:111
Bu xəbər 02 İyun 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















