Icma.az
close
up
RU
EBRD Azərbaycanda gənclərin biznes layihələrinə 20 mln. dollar kredit ayırır

EBRD Azərbaycanda gənclərin biznes layihələrinə 20 mln. dollar kredit ayırır

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "AccessBank"a Azərbaycanda gənclərin rəhbərlik etdiyi və onlara məxsus mikro, kiçik və orta sahibkarlıq subyektlərini (KOS) dəstəkləmək məqsədilə ("Youth in Business for Caucasus Programme" çərçivəsində) 20 milyon ABŞ dollarınadək kredit ayırır.

Bu barədə "APA-Economics" EBRD-yə istinadən xəbər verir. Məlumata görə, kredit iki bərabər tranşla veriləcək, onların hər biri 3 illik müddətə, o cümlədən 1 illik güzəşt dövrü ilə təmin olunacaq. İkinci tranşın ayrılması barədə qərar EBRD rəhbərliyinə həvalə olunub.

EBRD-nin məlumatına görə, layihə həm inklüziv, həm də rəqabətqabiliyyətli xüsusiyyətlər daşıyır və ölkədə gənclərə yönəlik biznes kreditlərinin həcmini artırmaq, "AccessBank"ın potensialını gücləndirmək və gənc sahibkarlar arasında maliyyə savadlılığını inkişaf etdirmək məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, layihə çərçivəsində AccessBank nəticəyə əsaslanan kompensasiya (RBC) və ilk itki riskinin paylaşılması mexanizmi (FLRC) kimi innovativ maliyyələşmə alətlərindən faydalanacaq. Bu mexanizmlər vasitəsilə gənc sahibkarlara daha aşağı faiz dərəcələri və daha çevik girov tələbləri təklif ediləcək.

Proqram Avropa İttifaqı tərəfindən Avropa Davamlı İnkişaf Fondunun (EFSD+) və SSF mexanizmləri vasitəsilə maliyyələşdiriləcək. Layihə həmçinin Kiçik Bizneslərə Məsləhət Proqramı (ASB) çərçivəsində texniki dəstək və təlim komponentlərini də əhatə edir.

EBRD bildirib ki, kredit vəsaiti yalnız gənclərə məxsus və ya onların idarə etdiyi KOS-lara yönəldiləcək və bu layihələr aşağı ekoloji və sosial risk daşıyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Noyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri