Icma.az
close
up
RU
EBRD “Bank Respublika”ya növbətə dəfə iri həcmdə kredit ayırdı

EBRD “Bank Respublika”ya növbətə dəfə iri həcmdə kredit ayırdı

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkənin aparıcı banklarından biri olan real sektorun aktiv dəstəkçisi Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişaf Fondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə kredit sazişi imzalayıblar.

AZXEBER.COM xəbər verir ki, sazişə əsasən, EBRD "Bank Respublika”ya 10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada (AZN) sintetik kredit təqdim edəcək.

EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişaf potensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə və Bank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə, xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verir. Geniş filial şəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngin təcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinə effektiv şəkildə dəstək göstərir.

""Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcı maliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikaya kreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımıza göstərilən yüksək etimadın aydın təzahürüdür. Cəlb edilən vəsaitlər ölkə və Bank Respublika üçün prioritet sahə olan real sektorun inkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nın davamlı iqtisadi inkişafa verdiyi strateji dəstəyin növbəti təsdiqidir.” – deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

"Bank Respublika ilə olan uğurlu əməkdaşlığımızı regionlarda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə imkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilə davam etdirməkdən olduqca məmnunuq.Aşağı gəlirli regionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır.", – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidze bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook,instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri