Icma.az
close
up
RU
Əbu Dabidə “Bridge” media və məzmun sənayesi sammiti işə başlayıb

Əbu Dabidə “Bridge” media və məzmun sənayesi sammiti işə başlayıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 8 dekabr, AZƏRTAC

Bu gün Əbu-Dabidə dünyanın media, məzmun və əyləncə sənayesinin ən böyük “Bridge” sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sammit çərçivəsində yeddi istiqamət üzrə tədbirlər təşkil ediləcək. Bu istiqamətlər media (xəbər otaqları, sosial platformalar, auditoriya dinamikası və s.), məzmun istehsalı iqtisadiyyatı (gəlir mənbələri, brendlərlə əməkdaşlıq, platforma alətləri, abunəliklər), incəsənət və musiqi (rəqəmsal istehsal, yayımlar, fan cəmiyyətləri, müəllif hüquqları, süni intellektlə yaradılmış musiqilər), videooyunlar (e-idman, virtual dünyalar, interaktiv oyun, modifikasiya mədəniyyəti, oyun iqtisadiyyatı), texnologiya (ağıllı modellər, generativ alətlər, qarışıq reallıq, avtomatlaşdırma, məlumatların gələcəyi), marketinq (performans reklamları, brend hekayəçiliyi, istehlakçı davranışları, inteqrasiya olunmuş kanallar, təsiredici strategiyalar), kino (kino texnologiyaları, qısa videolar, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı) sahələrini əhatə edir.

Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, incəsənət nümayəndələri, sahibkarlar, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri, ümumilikdə 60 mindən çox qonaq iştirak edəcək.

Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiya liderlərinin və influenserlərin çıxışı gözlənilir. Sammit çərçivəsində, həmçinin birgə media və məzmun sərgisi təşkil olunacaq.

Ümumiyyətlə, üç gün ərzində 300-dən çox tədbir, o cümlədən 200 panel iclası, 50 seminar və interaktiv fəaliyyətlər olacaq. Bu platformalar yeni əməkdaşlıqlara, istehsal sistemlərinin inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də tərəfdaşlıqların qurulmasına imkan yaradacaq. Sammit media və əyləncə sahələrinin bütün istiqamətlərini əhatə edəcək: musiqi, canlı ifa sənəti, kino, televiziya, rəqəmsal platformalar, sosial şəbəkələr, ədəbiyyat, nəşriyyat və tərcümə.

Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etməkdir. Tədbir qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verəcək. Həmçinin sosial inteqrasiya, mədəni müxtəliflik və ədalətli təmsilçilik dəyərlərini gücləndirəcək, gələcəyin bacarıqlarını öyrənmək üçün müsbət rəqabət mədəniyyətini təşviq edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri