Icma.az
close
up
RU
Əbu Dabidə keçirilən görüş Azərbaycanın diplomatik fəallığının və liderliyinin növbəti nümunəsidir RƏY

Əbu Dabidə keçirilən görüş Azərbaycanın diplomatik fəallığının və liderliyinin növbəti nümunəsidir RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən danışıqlar həm mahiyyətinə, həm də əhatə etdiyi məsələlərin miqyasına görə xüsusi əhəmiyyət daşıyır. Danışıqların əvvəl nümayəndələrin iştirakı ilə, daha sonra isə təkbətək formatda davam etdirilməsi Azərbaycanın diplomatik çeviklik və siyasi iradəsinin bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev söyləyib.

O deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi rəsmi açıqlama görüşün konkret məzmununu aydın şəkildə ortaya qoyur. Belə ki, danışıqlarda dövlətlərarası normallaşma məsələlərinin bütün əsas istiqamətləri əhatə olunub və tərəflər bu formatın effektivliyini rəsmən qəbul ediblər. Bu, bir daha sübut edir ki, Azərbaycan bölgədə təşəbbüskar və aparıcı siyasi aktor statusunu möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin diplomatik yanaşmasının əsas fəlsəfəsi bəllidir: normallaşma yalnız ümumi bəyanatlar deyil, real nəticələr doğuran etimad mühiti üzərində qurulmalıdır.

Ə.Nuriyev bildirib ki, görüşün əhəmiyyəti bir neçə aspekt üzrə dəyərləndirilə bilər. Birincisi, birbaşa dialoq dövrü. Açıqlamada xüsusi qeyd olunur ki, ikitərəfli danışıqlar normallaşma məsələlərinin həlli üçün ən səmərəli formatdır. Bu, Azərbaycanın strateji baxışının təsdiqidir.

“Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, vasitəçilərin arxasında gizlənmək dövrü keçib. Problemlər açıq dialoq yolu ilə həll olunmalıdır. Əbu-Dabidə aparılan birbaşa və uzunmüddətli müzakirə həm siyasi iradəni, həm də prosesin ciddiliyini nümayiş etdirir. İkincisi, sərhədlər məsələsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında delimitasiya sahəsində əldə olunmuş nailiyyətlər də dəyərləndirilir və müvafiq dövlət komissiyasına əməli tapşırıqların verildiyi vurğulanır. Bu da təsdiq edir ki, sülh prosesində artıq konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir və bu, daha da genişlənməkdədir. Üçüncü məsələ isə etimad tədbirləridir. Görüşdə tərəflərin etimad tədbirlərini davam etdirmələri və bu istiqamətdə razılığa gəldikləri qeyd olunur. Azərbaycanın bu sahədəki mövqeyi qətidir. Sabitliyin əsas şərti yalnız sərhədlərin müəyyənləşdirilməsi deyil, eyni zamanda, psixoloji və siyasi gərginliyin azalması, qarşılıqlı münasibətlərin normallaşmasıdır”, - deyə o əlavə edib.

Hüquqşünas normallaşma gündəliyində xüsusi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi məsələsinə də toxunaraq diqqətə çatdırıb ki, bu layihə təkcə Azərbaycanın qərb rayonları ilə Naxçıvan və Türkiyə arasında əlaqənin bərpası deyil, eyni zamanda, Ermənistan üçün də yeni regional iqtisadi imkanlar deməkdir. “Azərbaycan Prezidenti bu məsələni əsas prioritet kimi irəli sürməklə bölgədə davamlı sülhün iqtisadi dayaqlar üzərində qurulmasına çalışdığını nümayiş etdirir. Əldə olunmuş razılaşmalar, delimitasiya prosesinin davamı, etimad tədbirlərinin gücləndirilməsi və birbaşa dialoqun təşviqi Azərbaycanın diplomatik fəallığının və məsuliyyətli liderliyinin nəticəsidir. Prezident İlham Əliyev beynəlxalq hüququn prinsiplərinə sadiqliyini qorumaqla yanaşı, Ermənistanı da daha konstruktiv və praqmatik mövqeyə təşviq edir”, – deyə Ə.Nuriyev vurğulayıb.

Onun fikrincə, görüş həm də diplomatik incəlik və neytral mühitin yaratdığı rahat şərait baxımından dəyərlidir. Azərbaycan Prezidenti tərəfindən BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana bildirilən təşəkkür də ölkəmizin beynəlxalq tərəfdaşlarla etimadlı münasibətlər qurmaq siyasətinə sadiqliyini göstərir.

“Ümumiyyətlə, Əbu-Dabi görüşü Azərbaycanın normallaşma prosesində təşəbbüskar və aparıcı tərəf olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin açıq, ardıcıl və nəticəyönümlü diplomatik xətti həm sülh gündəliyini real nəticələrə yaxınlaşdırır, həm də regionda əməkdaşlıq üçün geniş platforma yaradır. Zəngəzur dəhlizi məsələsinin gündəmin əsas mövzularından biri olaraq qalması isə Azərbaycanın strateji baxışının davamlılığını göstərir”, - deyə hüquqşünas qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri