Icma.az
close
up
RU
ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”... Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”... Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev bir həftədir ki, Londondadır. Bunu özü deyib. Məsələ ondadır ki, iki gün əvvəl mətbuatda Qarayevin 69 yaşını Bakıda təmtəraqlı şəkildə qeyd etdiyi barədə məlumatlar dərc edilmişdi. Lakin sabiq nazir bu xəbərləri təkzib edib. Sən demə, nə ad günü, nə təmtəraq...? Kişi İngiltərə paytaxtındaymış. Özü də özünün dediyinə görə, Londona “mühazirə deməyə” gedibmiş...

Təbii ki, sabiq nazir mühazirə söhbətini 99 faiz, sadəcə, ona sual verən jurnalisti və bunu oxuyan cəmiyyəti “azdırmaq” xatirinə ortalığa atıb. Bütün sabiqlər və bəzi indikilər kimi, onun da Avropa paytaxtlarının birində, hətta bir neçəsində mülkünün, biznesinin olduğu şübhə doğurmur və bu cür səfərlər də adətən, məhz həmin yerlərə baş çəkmək üçündür...

Yoxsa, ingilislərin nəyinə lazımdır Qarayevin mühazirəsi? Nədən danışa bilər axı Qarayev onlara? Vaxtı ilə rəhbərlik etdiyi nazirlikdə baş verən korrupsiya, büdcə talançılığı və saxtakarlıqdan başqa hansı fövqəladə bilikləri və təcrübəni bölüşə bilər?


Yaşı 70-i haqlayan və bu illərin 12-ni İdman və Gənclər, 14-nü Mədəniyyət naziri postunda keçirən Qarayevin idmana, mədəniyyətə, incəsənətə 14 qram xeyri dəymədiyi halda, onun bu vəzifədə olduğu dövrdə nazirlik xətti ilə büdcədən on milyonlar, yüz milyonlarla pul oğurlanıb. Təkcə rəsmi istintaqın nəticəsinə görə başçılıq etdiyi nazirlikdə onun müavini Rafiq Bayramov, şöbə müdiri Zakir Sultanov da daxil olmaqla xeli sayda məmur həbs olunub. Lakin Azərbaycan reallığlında əksər hallarda olduğu kimi, bu adamların korrupsiya, talançılıq əməllərinin sübut edilməsinə, hətta bütün bunların nazirin məlumatı və nəzarəti altında həyata keçirildiyinə dair istintaqa ifadələr verilməsinə baxmayaraq, nazir özü məsuliyyətdən kənarda qaldı.


Ə.Qarayevin sabiq müavini Rafiq Bayramov istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və pulları şəxsən ona verdiyini demişdi. Zakir Sultanov da ifadəsində deyib ki, aldığı rüşvətin 2,5 milyon manatdan çoxunu şəxsən Qarayevə verib. Bu, sadəcə bir epizod üzrə olan cinayətdir...

Ancaq Qarayev fəaliyyəti dövründəki talançılıqla bağlı sualı cavablandırarkən deyib ki, “günahkarlar öz cəzasını çəkiblər”. Yəni ki, günahı əməkdaşlarının, müavinlərinin üstünə atıb, öz yaxasını isə kənara çəkib.

Yəqin, ingilislərə oxuyacağı mühazirələrdə də məhz bu “istedadının” - rəhbərlik etdiyi nazirlikdə min cür “zibil törədilməsinə”, dövlətin, büdcənin, xalqın talanmasına baxmayaraq aradan çıxmağın, yəni, “sudan quru çıxmağın” sirlərini açacaq...


Acı reallıq ondan ibarətdir ki, Azərbaycanın məmur-oliqarx mühitində utanmazlıq və “bacarana baş qurban” prinsipi başlıca prinsip kimi hələ də “at oynadır”. Rəhbərlik etdiyi nazirlikdə, komitədə, icra hakimiyyətində və s. müavinindən az qala xadiməsinə qədər xeyli sayda adam korrupsiyaya görə həbs edildiyi halda, belə cinayətlərin əsas iştirakçıları, Azərbaycan cəmiyyətinin dövlətə, ədalətə, gələcəyə inamına sarsıdıcı zərbə vuran şəxslər oğurladıqları pullarla londonlarda, parislərdə gəzir, ad günü keçirir, kef edir, biznes qurur, mülk alır və sair. Təəssüf ki, Azərbaycandakı bu reallıq dəyişmədikcə, hələ çox qarayevlər, qaralovlar, həsənovlar, mahmudovlar və s. görə bilərik...

Cəlal Məmmədli

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri