Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təkliyimin ad günüdü
Nə təbrik var, nə də gələn...
Həsrətlə təklik günüdü -
Xoşbəxtdi kimsəsiz ölən!..
Duyulmur hönkürtü səsi -
Nə ağlayan , nə sızlayan...
İncitmir ölüm heç kəsi -
Kimdi yoxluğu duzlayan?!.
Sanki hamı sükuta ac,
Gözlər danışır fəhm ilə!
Uzaqda dağınıq bir saç -
Bu an səslənir FATİHƏ!...
Nə əlim havada qalır
Nə də ovcumdakı bir tel...
Məni təklik yola salır -
Gözləyir həsrət adlı el...
Baxış sayı:47
Bu xəbər 14 Sentyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















