Icma.az
close
up
RU
Peşə məktəblərində təhsil alanların NƏZƏRİNƏ Təqaüdlə bağlı YENİLİK ÖZƏL

Peşə məktəblərində təhsil alanların NƏZƏRİNƏ Təqaüdlə bağlı YENİLİK ÖZƏL

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət tərəfindən yaradılan peşə təhsili müəssisələrində Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyət qaydaları müəyyənləşib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni qaydalara əsasən, cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla, dövlət peşə təhsili müəssisələrinin Pedaqoji Şurası ali idarəetmə orqanı hesab olunur.
Şura ictimai əsaslarla fəaliyyət göstərir və işini aşkarlıq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
Şuranın əsas vəzifələri nələrdir?
Pedaqoji Şura müəssisədə təhsil prosesinin təşkili və inkişafı, təhsilin keyfiyyətinin artırılması, təhlükəsiz və inklüziv təhsil mühitinin yaradılması, eləcə də təhsilalanların və müəllimlərin həvəsləndirilməsi ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
Şura, həmçinin işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi, müasir tədris üsullarının və istehsalat yeniliklərinin tətbiqi, müəssisənin maddi-texniki bazasının gücləndirilməsi və maliyyə-təsərrüfat məsələləri ilə bağlı təklifləri nəzərdən keçirir.
Bundan başqa, tam orta təhsil üzrə buraxılış imtahanlarının və buraxılış imtahanı keçirilməyən fənlər üzrə illik qiymətləndirmələrin nəticələri müzakirə olunur. Təhsilalanların nəticələrinin yaxşılaşdırılması üçün tədbirlər müəyyən edilir.
Şura müəssisənin nizamnaməsinə dəyişiklik edilməsi, ödənişli təhsil üzrə təhsil haqları və büdcədənkənar vəsait hesabına təqaüdlərin təsis edilməsi ilə bağlı da təkliflər verə bilər.
Şuranın tərkibi necə formalaşdırılacaq?
Şuranın tərkibinə müəssisənin direktoru, direktor müavinləri, filial müdiri (olduğu halda), ümumtəhsil fənləri üzrə tədris hissə müdiri, baş usta, kitabxanaçı, korpus rəhbəri və istehsalat üzrə menecer (olduğu halda), eləcə də qanunvericilikdə nəzərdə tutulan təhsilverənlər daxil edilir.
Şuraya müəssisənin direktoru rəhbərlik edir, tədris və təlim işləri üzrə direktor müavini isə sədr müavini olur. Şuranın tərkibi hər tədris ilinin əvvəlində direktorun əmri ilə təsdiqlənir. İclaslara təhsilalanlar, valideynlər, işəgötürənlər, əmək bazarının nümayəndələri, ekspertlər və müzakirə olunan məsələlərlə bağlı digər şəxslər də dəvət oluna bilərlər.
İclaslar ildə azı dörd dəfə keçiriləcək
Qaydalara əsasən, Pedaqoji Şuranın iclasları tədris ili ərzində azı dörd dəfə keçirilməlidir. İclasın səlahiyyətli sayılması üçün üzvlərin ən azı üçdə ikisinin iştirakı tələb olunur.
Qərarlar iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
Növbədənkənar iclas sədrin təşəbbüsü və ya Şura üzvlərinin ən azı üçdə birinin yazılı müraciəti əsasında çağırıla bilər. İclasın gündəliyi və müvafiq materiallar üzvlərə ən azı üç iş günü əvvəl göndərilməlidir.
Şuranın qərarları protokolla rəsmiləşdirilir və müəssisənin direktoru tərəfindən təsdiqlənir. Qərarlar iclasdan sonra ən geci üç iş günü ərzində üzvlərə göndərilir.
Qərarların icrası məcburidir
Pedaqoji Şuranın qərarlarının icrası müəssisə və onun rəhbəri üçün məcburidir. Təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələrinə aid olan, qanunvericiliklə açıqlanması məhdudlaşdırılmayan qərarlar müəssisənin rəsmi internet saytında və ya digər vasitələrlə elan edilir.
Prosedur pozuntusu ilə qəbul edilən və ya qanunvericiliyə zidd olan qərarlar müəssisənin tabe olduğu dövlət orqanı tərəfindən ləğv edilə bilər. Şuranın qərarlarından inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət vermək mümkündür.
Fəridə, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Oktyabr 2026 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri