Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Əbülfət Mədətoğlu Vaqif Yusiflin Qarabağ şeirimizdə, nəsrimizdə

Əbülfət Mədətoğlu Vaqif Yusiflin Qarabağ şeirimizdə, nəsrimizdə

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kitabı barəsində bir neçə kəlmə

Azərbaycan ədəbi mühitində tək-tək elm fədailəri var ki, onlar sözün həqiqi mənasında ədəbiyyatla nəfəs alırlar. Yəni bütün həyatlarını, hətta sağlamlıq durumlarını da sözə,    böyük ədəbiyyata xidmətə yönəldiblər və bu gün də həmin mövqedə qalırlar. Belə ədəbiyyat fədailərindən biri də mənim üçün birmənalı olaraq professor Vaqif Yusiflidir. Hələ ilk gənclik illərimdən  tanıdığım, təmasda olduğum, doğmalaşdığım və yaradıcılığını  demək olar ki, bütünlüklə izlədiyim professor Vaqif Yusifli obrazlı şəkildə desəm, böyük ədəbiyyatın həm əkinçisidir, həm də biçinçisi!!! Yəni o, hər gün kimisə araşdırır, kimisə oxuyur və yaxud kiminsə yaradıcılığı barəsində öz sözünü deyir, fikirlərini ədəbi ictimaiyyətə çatdırır. Elə ona görə də mən onu hər zaman əl çantasında yeni kitablar daşıyan görmüşəm. Maraqlı bir də burasıdır ki, Vaqif müəllim müəlliflərin ona təqdim etdiyi bütün kitabları gözdən keçirir. Barələrində mütləq müəllifə nəyisə çatdırır, istər müsbət mənada, istərsə də tənqidi çalarlarda.

Bugünlərdə dəyərlimiz Vaqif müəllim artıq onun da doğma ocağı olan «Ədalət» qəzetinə gəlmişdi. Həmişəki kimi görüşdük, söhbətləşdik və bizi bir-birimizə həmişə isti, səmimi bir sevgi ilə bağlayan rəhmətlik Tofiq Mahmudu da xatırladıq. Onun zarafatlarından birini dilimizə gətirdik. Bax, həmin o auranın içərisində Vaqif müəllim özünün yenicə işıq üzü görmüş kitabını mənə bağışladı. Kitab Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin təsis etdiyi «Qarabağ kitabxanası» seriyasından çap olunmuşdu. Kitabın elmi redaktoru və ön sözünün müəllifi AYB-nin Qarabağ bölməsinin sədri, professor Elçin İskəndərzadədir. «Vektor» Beynəlxalq Nəşrlər Evi tərəfindən çap olunmuş kitabda Vaqif müəllimin «Qarabağ şeirimizdə, nəsrimizdə» adlı silsilə məqalələri yer alıbdır.

Bəri başdan  xatırladım ki, bu məqalələrin bir xeyli hissəsi «Ədalət» qəzetinin oxucularına tanışdır. Yəni professor Vaqif Yusifli həmin məqalələrin xeyli hissəsini «Ədalət»in oxucularına qəzetimiz vasitəsilə çatdırıb. Buradaca xüsusi məmnunluq hissi ilə qeyd etməliyəm ki, Vaqif Yusifli məqalələrinin şeirimizlə bağlı bölümündə mənim də yaradıcılığıma münasibətini bildirib. Yəni mən də bir qələm adamı kimi onun diqqətindən kənarda qalmamışam.

«Qarabağ şeirimizdə, nəsrimizdə» kitabında müəllif müəyyən bir ardıcıllıq prinsipini əsas götürüb və bu silsilə məqalələr bir-birinin davamı kimi oxucu qarşısına çıxarılıbdır. Yəni professorun təqdimatında təkcə 90-cı illərdən bugünümüzə qədər olan Qarabağ mövzusu deyil, ondan öncəki zaman kəsiyi də nəzərdən keçirilib. Təqdim edilən  məqalələrdə xalq şairləri, Xəlil Rzanın, Qabilin, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Süleyman Rüstəmin, Mirvarid Dilbazinin, Cabir Novruzun, eləcə də digər şairlərimizin Qarabağ hadisələrinə qədər qələmə aldıqları Qarabağ mövzusu günümüzün reallığı baxımından şərh olunub və həmin şərhlərlə də də oxucu birmənalı olaraq bilgilənibdir. Yəni hər kəs təkcə baş verənlərin mahiyyətini deyil, həm də həmin mahiyyətin içindəki gerçəkliyin kökünü görmək imkanı qazanıbdır.

Maraqlıdır ki, professor Vaqif Yusifli araşdırdığı Qarabağla bağlı poeziya nümunələri kədəri, ağrı-acını, faciəni göstərməklə yanaşı, ümidin,  böyük   QƏLƏBƏNİN   olacağına əminliyi də çatdırıbdır.  Belə  ki, Əşrəf Veysəllinin, Əli Mahmudun, Ələmdar Quluzadənin, Məmməd Aslanın, Vaqif Bəhmənlinin, Adil Cəmilin və   digərlərinin        yaradıcılığında şeirin inandırmaq gücü önə çəkilib. Bu da sözün bilicisi olan çox dəyərli Vaqif Yusiflinin məqalələrindəki göstərmək, təqdim etmək və həm də təqdir etmək imkanının nə qədər böyük olduğuna bir sübutdur.

Böyük oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu maraqlı məqalələr toplusu  ,mənim fikrimcə  yaradıcılıq nümunələri yer almış müəlliflərin özlərinə də yaxşı bir hədiyyə, həm də yüksək bir qiymətdir. Ona görə ki, müəllif bizim üçün son dərəcə vacib  olan milli dəyərimiz sayılan Qarabağ mövzusunun əbədiliyinə xidmət edən müəlliflərin özləri barəsində də oxucuda təəssürat yarada bilibdir. Burda fikrimi bir az da genişləndirərək vurğulamaq  istəyirəm ki,   professor Vaqif Yusiflinin  diqqətini  çəkən   şeir  və nəsr əsərlərinin müəlliflərinin hamısı bizim  milli və bəşəri  mövzumuz  olan Qarabağla bağlı fikir bildirməklə təkcə müəlliflərin  deyil, həm də xalqımızın qan yaddaşının həmişə ayaqda olmasını öz istedadları çərçivəsində meydana çıxarıb. Bu yaradıcılıq meydanında onların da yeri və sözü olubdur. Bunu da , məhz  öz araşdırmaları ilə professor, ədəbiyyatşünas alimimiz Vaqif Yusifli diqqətindən yayındırmayıb.

Son olaraq onu da qeyd edim ki, kitabda Adil Şirinin, Rafael Tağızadənin, Vaqif Aslanın, Elçin İskəndərzadənin, Musa Ələkbərlinin, Tahir Rzanın, Emin Pirinin,  Mətləb Misirin, Qarabağ notlu, Qarabağ duyğulu, Qarabağ haraylı bir-birindən dəyərli və yaddaqalan poeziya nümunələrinə də diqqət sərgilənibdir. Bütövlükdə isə kitabdakı məqalələrin nəsr bölümündə Aqil Abbasın, Mustafa Çəmənlinin, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun    və  digər müəlliflərin son illərdə  yazdıqları povest və romanları da Vaqif Yusifli tərəfindən maraqlı   baxış  bucağı altında  işıqlandırılıb. Düşünürəm ki, çox hörmətli professor Vaqif  Yusiflinin «Qarabağ şeirimizdə, nəsrimizdə» məqalələr toplusu da ədəbi ictimaiyyətin diqqətindən yayınmayacaq. Öz növbəmdə isə mən Vaqif müəllimə təşəkkür edir və ona yeni uğurlar diləyirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Aprel 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri