Azərbaycanda pensiyanın ən yüksək olduğu rayonlar… KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda rayonlar arasında orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ərazi Zəngilan rayonudur. Burada təyin olunmuş pensiyaların orta aylıq məbləği 502,20 manat təşkil edir. Şuşa rayonu 491,95 manatla ikinci, Siyəzən rayonu isə 489,91 manatla üçüncü yerdə qərarlaşıb.
KONKRET.az trend-ə istinadla xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatları əsasında hazırlanmış 2026-cı il oktyabrın 1-nə olan pensiya təminatı üzrə statistik göstəricilərdə bildirilir.
Məlumata əsasən, rayonlar üzrə orta aylıq pensiya məbləğinin ən yüksək olduğu ilk beşlik belədir:
Zəngilan rayonu – 502,20 manat (3 889 pensiyaçı)
Şuşa rayonu – 491,95 manat (3 136 pensiyaçı)
Siyəzən rayonu – 489,91 manat (3 713 pensiyaçı)
Abşeron rayonu – 485,75 manat (17 767 pensiyaçı)
Qubadlı rayonu – 478,62 manat (4 714 pensiyaçı)
Salyan rayonu – 470,06 manat (12 656 pensiyaçı).
Beləliklə, ilk beşlikdəki rayonlar arasında orta aylıq pensiya məbləği üzrə ən yüksək göstərici ilə ən aşağı göstərici arasında 32,14 manat fərq var.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği isə 595,80 manat təşkil edib. Bakı şəhərində bu göstərici 820,88 manat olub.
Siyahı yalnız rayonlar üzrə tərtib edilib, şəhərlərin göstəriciləri reytinqə daxil edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















