Icma.az
close
up
RU
Eçmiədzin “Qaregin işi”ni beynəlmiləlləşdirir

Eçmiədzin “Qaregin işi”ni beynəlmiləlləşdirir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Kilsə məhkəmə prosesini Paşinyana təzyiq vasitəsinə çevirməyə çalışır

Erməni Apostol Kilsəsi (EAK) ilə ölkə hakimiyyəti arasında qarşıdurma dərinləşdikcə, Eçmiədzin məsələsini beynəlxalq müstəviyə çıxarmaq cəhdləri də diqqət çəkməyə başlayır. Bunun son nümunəsi II Qareginin bir neçə gün öncə Rus Pravoslav Kilsəsinin Moskva patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin rəhbəri, Volokolamsk mitropoliti Antoni ilə görüşüdür.

II Qareginin patriarx Kirillin və Rus Pravoslav Kilsəsinin göstərdiyi dəstəyə görə xüsusi təşəkkür etdiyi, iki kilsə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyi bildirilir. Katolikos da patriarxa “qardaş salamlarını” çatdıraraq ona uzun və məhsuldar xidmət arzulayıb.

Görüş kilsənin təqdimatında dini həmrəyliyin ifadəsi kimi göstərilir. Lakin hadisələrin baş verdiyi siyasi şərait bu görüşə başqa prizmadan baxmağa əsas verir. Ermənistan hakimiyyəti ilə Eçmiədzin arasında açıq qarşıdurmanın getdiyi, II Qareginin məhkəmə qarşısında dayandığı bir vaxtda kilsənin Rus Pravoslav Kilsəsinin yüksək səviyyəli nümayəndəsi ilə nümayişkaranə təmas qurması heç də sıradan dini görüş təsiri bağışlamır. Başqa sözlə, Eçmiədzin öz problemini artıq yalnız Ermənistan daxilində həll ediləcək məsələ kimi təqdim etmir. Kilsənin bu addımından belə təəssürat yaranır ki, o, xarici dini və siyasi çevrələrin diqqətini prosesə cəlb etməklə Paşinyan hakimiyyətinə qarşı əlavə təzyiq imkanları formalaşdırmağa çalışır.

Amsterdam amili: Eçmiədzinin xarici müdafiəçisi

Bu mənzərədə ABŞ-dan olan məşhur hüquqşünas və vəkil Robert Amsterdamın prosesə qoşulması ayrıca diqqət çəkir. Ermənistan mediasının məlumatına görə, Amsterdam yaxın günlərdə ölkəyə səfər etməyi planlaşdırır. Onun səfərinin II Qareginlə bağlı məhkəmə, “EAK-a təzyiq” və oliqarx Samvel Karapetyanın ev dustaqlığı da daxil olmaqla bir sıra rezonans doğuran məsələlərlə əlaqəli olduğu bildirilir. Amsterdam artıq Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edən açıqlamalarla çıxış edib. O, Paşinyan hökumətinin kilsəyə münasibətini dini azadlıqlara müdaxilə kimi qiymətləndirib və baş nazirin kilsənin gələcəyini müəyyənləşdirməyə çalışdığını iddia edib. Amerikalı hüquqşünasın təbirincə, Paşinyan özünü parlamentdən, kilsədən və hətta Tanrıdan üstün aparır. O, beynəlxalq ictimaiyyəti susmamağa, dünya hökumətlərini, dini liderləri, hüquq müdafiə təşkilatlarını və erməni diasporunu kilsəyə müdaxiləyə qarşı çıxmağa çağırıb.

Amsterdamın bu mövqeyi, təbii ki, onun subyektiv siyasi-hüquqi qiymətləndirməsidir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu cür bəyanatlar Eçmiədzinin prosesə verdiyi istiqamətlə üst-üstə düşür: daxildəki qarşıdurma xaricə daşınır, kilsəyə münasibət beynəlxalq dini azadlıqlar məsələsi kimi təqdim olunur və bununla Ermənistan hökumətinə əlavə təzyiq yaradılması üçün zəmin formalaşdırılır.

Kilsə məsələsi beynəlxalq təzyiqin alətinə çevrilir

II Qaregin ətrafında baş verənlərə ayrı-ayrı epizodlar kimi baxdıqda mənzərə parçalanmış görünə bilər. Bir tərəfdə Ermənistan hakimiyyətinin kilsəyə münasibəti, digər tərəfdə II Qareginin məhkəmə prosesi, üçüncü tərəfdə isə Rus Pravoslav Kilsəsinin açıq dəstəyi və R.Amsterdamın sərt bəyanatları dayanır. Lakin bu hadisələri bir xətt üzərində birləşdirəndə başqa mənzərə ortaya çıxır. Eçmiədzin prosesin beynəlxalq diqqət mərkəzinə gətirilməsində maraqlı görünür. Rus Pravoslav Kilsəsinin II Qaregini dəstəkləməsi bu istiqamətdə mühüm siyasi-dini dayaqlardan birinə çevrilə bilər. Qərbdə tanınan hüquqşünasın prosesə müdaxiləsi isə məsələnin başqa beynəlxalq auditoriyaya çıxarılmasına imkan yaradır. Burada söhbət, əlbəttə, Moskva ilə Vaşinqtonun eyni məqsədlə hərəkət etdiyini söyləməkdən getmir. Əksinə, onların Ermənistan və Paşinyan hakimiyyətinə münasibətdə maraqları bir çox məsələdə bir-birindən ciddi şəkildə fərqlənir.

Kilsənin özü də bu prosesdə passiv tərəf təsiri bağışlamır. II Qareginin Moskvadan gələn missioneri qəbul etməsi, Kirilə xüsusi təşəkkürünü çatdırması və kilsələrarası “qardaşlığın” möhkəmlənməsinə ümid ifadə etməsi təsadüfi siyasi fonda baş vermir. Bunun üzərinə erməni diasporunun imkanlı və nüfuzlu çevrələrinin, radikal-revanşist müxalifətin və Paşinyan hakimiyyətinə qarşı çıxan müxtəlif qrupların kilsə məsələsində mövqeləri də əlavə olunur. Beləliklə, dini mübahisənin ətrafında daha geniş siyasi maraqların toplandığı görünür.

Hakimlərin geri çəkilməsi nə deyir?

Prosesin gedişində hakimlərin işə baxmaqdan imtina etməsi də ayrıca suallar doğurur. Bunun müxtəlif hüquqi və prosessual səbəbləri ola bilər. Lakin prosesin ətrafında yaranan geniş siyasi rezonans da nəzərdən qaçırılmamalıdır. Əgər məhkəmə işi artıq yalnız Ermənistan daxilindəki hüquqi mübahisə deyil, Moskvanın, Qərbdəki müəyyən dairələrin, erməni diasporunun və revanşist müxalifətin diqqət mərkəzinə çevrilirsə, hakimlərin üzərində yaranan təzyiqin miqyası da dəyişir. Bu baxımdan onların prosesdən çəkilməsi, ehtimal olaraq, işin siyasiləşən atmosferi ilə də əlaqələndirilə bilər. Lakin bunu konkret səbəb kimi təqdim etmək düzgün olmaz. Burada əsas diqqətçəkən məqam məhkəmənin özündən çox, onun ətrafında yaradılan siyasi mühitdir. Eçmiədzin tərəfdarları prosesin hüquqi mahiyyətini ön plana çıxarmağa çalışsalar da, öz addımları ilə məsələnin siyasi və beynəlxalq tərəflərini də qabardırlar.

Kilsə yenə də köhnə üsulla hərəkət edir

Əslində, bu mənzərədə ən maraqlı məqam kilsənin özünü necə təqdim etməsidir. Eçmiədzin bir tərəfdən dünyəvi hakimiyyətin dini qurumun daxili işlərinə qarışmasının yolverilməz olduğunu bildirir, digər tərəfdən isə öz qarşıdurmasını ölkə sərhədlərindən kənara çıxarmaq üçün xarici dini mərkəzlərin və beynəlxalq hüquqşünasların dəstəyinə söykənir. Yəni söhbət yalnız dini müstəqillikdən getmir. Kilsə öz ətrafında mümkün qədər geniş müdafiə çevrəsi yaratmağa çalışır. Rus Pravoslav Kilsəsinin dəstəyi, R.Amsterdamın sərt bəyanatları, erməni diasporunun fəallığı və revanşist müxalifətin kilsənin yanında dayanması bu çevrənin ayrı-ayrı elementləri kimi görünür.

Sülhün yoluna kötük atmaq

EAK-ın son davranışlarını Ermənistanın regiondakı yeni reallıqları fonunda qiymətləndirmək də vacibdir. Bakı ilə İrəvan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda ölkə daxilində revanşist qüvvələrin mövqelərini qorumağa çalışan istənilən siyasi-dini mərkəzin fəallaşması diqqətdən kənarda qala bilməz. Kilsənin siyasi qarşıdurmanın mərkəzinə çevrilməsi də məhz bu baxımdan narahatlıq doğurur. Çünki Eçmiədzin yalnız dini qurum deyil, Ermənistan cəmiyyətində müəyyən siyasi təsir imkanlarına malik mərkəzdir. Bu imkanlardan daxili sabitliyi möhkəmləndirmək və sülh prosesinə dəstək vermək əvəzinə hakimiyyətlə qarşıdurmanı dərinləşdirmək üçün istifadə olunması region üçün müsbət nəticə vəd etmir.

Məhz burada əsas sual ortaya çıxır: kilsə həqiqətən yalnız dini müstəqilliyini qorumağa çalışır, yoxsa mövcud qarşıdurmadan istifadə edərək siyasi təsir imkanlarını yenidən gücləndirmək istəyir? Son hadisələr ikinci ehtimalı ciddi şəkildə gündəmə gətirir. Eçmiədzin illərdir Ermənistan cəmiyyətində böyük nüfuza malik dini mərkəz kimi çıxış edib. Lakin regionda siyasi reallıqlar dəyişir. Azərbaycanla Ermənistan arasında sülh gündəliyi formalaşır, revanşizmin əvvəlki imkanları daralır, Ermənistanın daxilində də cəmiyyətin qarşısında yeni siyasi seçimlər dayanır. Belə bir şəraitdə köhnə qarşıdurma üsullarının yenidən işə salınması yalnız Ermənistanın daxili sabitliyinə zərər verə bilər.

Kilsənin öz çirkin əməllərindən əl çəkməməsi, siyasi qarşıdurmanın içində qalması və xaricdən dəstək axtarması məhz bu səbəbdən diqqət çəkir. Dini qurumun hakimiyyətlə fikir ayrılığı yaşaması normal sayıla bilər. Amma həmin fikir ayrılığının xarici mərkəzlərin prosesə cəlb olunması, beynəlxalq təzyiq çağırışları və radikal siyasi qüvvələrlə eyni cəbhədə görünməklə müşayiət olunması artıq başqa məsələdir.

Görünən odur ki, II Qaregin ətrafındakı məhkəmə prosesi artıq yalnız məhkəmə zalında həll olunacaq məsələ deyil. Eçmiədzin onu beynəlxalq müstəviyə çıxarmağa çalışır, müxtəlif xarici çevrələr isə bu məsələdən Paşinyan hakimiyyətinə təzyiq üçün istifadə etmək imkanını nəzərdən keçirirlər. Belə bir şəraitdə prosesin hüquqi müstəvidən siyasi qarşıdurma meydanına çevrilməsi təhlükəsi artır.

Ən acınacaqlısı isə odur ki, bütün bu mübarizənin mərkəzində Ermənistanın daxili sabitliyi və regionda sülhün möhkəmlənməsi deyil, kimin siyasi üstünlük qazanacağı dayanır. Kilsənin yenidən qarışıqlıq yaradan tərəfə çevrilməsi isə Ermənistanın özünə də, bölgədə sülhə də xidmət etmir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri