Icma.az
close
up
RU
Eçmiədzin Kilsəsinin yalanı...

Eçmiədzin Kilsəsinin yalanı...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan 30 illik işğal siyasəti dövründə Azərbaycanın tarixi, mədəni və dini irsinə qarşı vandalizm həyata keçirib. Buna paralel olaraq isə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq müxtəlif tikinti işləri aparıb. Belə tikililər Xankəndi şəhərində də inşa edilib.Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ermənilərin qanunsuz əməllərinin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.Lakin erməni tərəfi dövlətimizin qanuni fəaliyyətini ləkələmək üçün əsassız hay-küy qaldırıb. Onlar beynəlxalq ictimai rəydə guya Azərbaycanın Qarabağda “erməni irsini məhv etməsi” ilə bağlı qara piar aparırlar. Eçmiədzin Kilsəsinin  aprelin 23-də yaydığı bəyanat da bunun göstəricisidir.

QMİ: Eçmiədzin Kilsəsinin bəyanatı düşmənçiliyin təzahürüdür

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə Eçmiədzin Kilsəsinin iddialarına cavab verib. QMİ-nin bəyanatında bildirilib ki, Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı Eçmiədzin Kilsəsinin 23 aprel tarixli bəyanatı düşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür. QMİ bəyan edib  ki, Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanı onilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalan Eçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən bir həssas dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi məsələnin siyasiləşdirilməsinə atılan bir uğursuz cəhddir: “Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşa edilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəni irsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildə Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütün bu müddət ərzində mövcud vəziyyətdə saxlayıb. Bununla belə, son aylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmiş məcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsinə dair dəfələrlə dövlət orqanlarına və yerli məhkəmələrə müraciət ediblər. Məlumdur ki, beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal edilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatından asılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçı dövlətin hesabına sökülməlidir. Məhz bu səbəbdən Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğu bu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsinə həm hüquqi, həm də mənəvi əsas var”.

Azərbaycan tolerant ölkədir

Qeyd olunub ki, Azərbaycan məscidlərin, kilsələrin və sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini və bütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövləti işğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəni abidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşada yerləşən Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olan ibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onların bərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayiş etdirib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzin tərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir. Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə və bölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasına yönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin bəyanatından da göründüyü kimi, Azərbaycan hər hansı qanuni tikililərə zərər yetirməyib. Ermənilər isə vaxtilə işğal olunmuş ərazilərimizlə yanaşı indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus olan mədəni, tarixi və dini abidələri məhv edib. Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyət təşkil etdikləri indiki Ermənistandan tamamilə qovulublar. Bundan sonra sözügedən dağıntılar daha kütləvi hal alıb. Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə məqsədli şəkildə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla məhv edib. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, işğal  zamanı və ondan sonrakı dövrdə baş verib. Yəni, Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin “hərəkətverici qüvvəsi” Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.

Təpəbaşı məhəlləsi nadir tarixi nümunədir

Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir.

İrəvan şəhərinin Təpəbaşı məhəlləsi də şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edir.

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalıb. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. Eçmiədzin kilsəsi qərəzli bəyanatlar səsləndirmək əvəzinə, bütün bunlara cavab versə yaxşı olar. Amma yəqin ki, kilsə tarixi həqiqətlərin qarşısında susmaqla kifayətlənəcək.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see284

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see236

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see214

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see211

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see189

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see188

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see188

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see176

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri