Icma.az
close
up
RU
Gözlərində gizlənən qız Əntiqə Kərimzadə yazır…

Gözlərində gizlənən qız Əntiqə Kərimzadə yazır…

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(Kor Zəminənin xatirəsinə)

Zamanın küləyi  insanı hansı səmtə atırsa, insan da o cığırla gedir. O yolu tutur, o hislərin arxasınca qaçır. Qaçdığı yolda nə qədər yorulursa, nə qədər büdrəyirsə, bir o qədər də ürəklənir.

Əvvəlki ürkək baxışları ürəyində basdırır. Qaranlıqlara qərq edir. Bütün  basdırdıqlarımızı unuda bilirik. Unuda bilməsə də, həmin yaranın üstün örtməyi bacarırıq. Bacara bilməsək də bu ömür yolunda təngənəfəs oluruq…

Yadımdadı, uşaq olanda nənəm həmişə kimdənsə nigaran qalanda filankəs ürəyimin qaranlığıdır, deyərdi.  

Zəminəni Esmira Məhiqızının xatirələrindən tanıyıram.  Esmira xanımın şeirlərini oxuyanda elə bilirəm ki, Zəminə danışır. Heç Zəminənin necə danışdığın da bilmirəm. Səsin eşitməmişəm, üzün görməmişəm. Amma sanki illərdir tanıyıram. Elə bilirəm ki, onun əlindən tutub gəzdirən də , onu oyuna çağıran də mən idim…

İlk dəfədir ki, heç üzünü görmədiyim, səsini eşitmədiyim adamın ağrılarını hiss edirəm. Mənə elə gəlir ki, Zəminənin ən çox mədət umduğu yer məhz elə onun gözləridir.

Zəminənin əkiz tayı da var imiş- Əminə. Zəminənin daha çox o gəzdirirmiş. Onun da ağrıları az deyilmiş. Amma Zəminə mənim üçün özü boyda bir işığa çevrilmişdi. Özü boyda? Özü nə boyda idi ki? Suallar beynimi təpikləyir…

Axı mən  Zəminənin görməmişdim. Heç bilmirəm hündürboy idi, yoxsa bəstəboy, kök idi, ya arıq, əsmər idi, ya sarı… Bilmirəm… Bircə onu bilirəm ki, Zəminə işıq gələn tərəfi gözlərinin qaranlığında tapırdı. Mənə elə gəlir ki, onun gözlərinin qaranlığını ürəyinin işığı aydınladırdı. Qəribədir, heç uşaqlıqda kor oyun dostum da olmayıb. Bu sevgi Zəminəyə hardandır?

İllərdir  Esmira xanım Zəminəyə şeir yazır. Həmin şeirlərdə Zəminə körpə kimi ağlayır, uşaq kimi oynayır, gənc qız kimi nazlanır, amma böyümür ki, böyümür.  Xatirələrə hopur, bəzən oyunlardan boylanır, gülüşü misralara çevrilir, harayı  gözlərindən o tərəf keçmir. Birdə baxırsan ki, tale Zəminəni çox uzaqlara aparıb, amma izləri şeirlərdə qalıb. Gözləri də çox uzalqara baxır, ancaq Zəminə xatirələrindən başqa heç nəyi görə bilmir… 

Mənə elə gəlir ki, Zəminə yaşaysaydı, onun ən çox tutunduğu yer Esmira xanımın şeirləri olardı.

İndi Zəminə həyatda yoxdur, amma həm də var. Danışır, oynayır,  qaçır…

Öz gözlərində gizlənir… Esmira Məhiqızının xatirələrində yaşayır…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri