Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı FOTOLAR
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qəribə hadisə Türkiyədə baş verib.
Adalet.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çanaqqalada oğlunu evləndirmək üçün vasitəçilərə 500.000 lirə ödəyən və Əlcəzairdən gəlin gətirən Ramazan Gümüşsoyun gəlini toydan qısa müddət sonra qızılları götürərək evdən qaçıb. Artıq Hadil Aydan adlı gəlinin tapılması üçün axtarışlara başlanılıb.
Bildirilir ki, Hadil Aydan bu ilin sentyabr ayında Türkiyəyə gəlib və 27 oktyabrda Muammer Gümüşsoyla ailə həyatı qurub. Günlərin birində evinə gələn Muammaer Gümüşsoy həyat yoldaşının evdə olmadığını görüb. O, bununla bağlı dərhal valideynlərinə xəbər verib. Məlum olub ki, gəlin qızılları da götürərək evi tərk edib.
Bu hadisədən dərin sarsıntı keçirən gəlinin qayınatası Ramazan Gümüşsoy isə intihar edib.
Vasif ƏLİHÜSEYN
Baxış sayı:80
Bu xəbər 02 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















