Əcnəbi liderlər həyəcanla Zelenskini dinləyirlər KİYEVDƏ TARİXƏ DÜŞƏCƏK FOTO
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Xarici liderlərin Kiyevə səfəri kifayət qədər maraq doğurub.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
Xarici liderlərin Ukrayna Prezidenti Volodimir Zelenski ilə səmimi atmosferdə çəkdirdikləri bir foto xüsusi diqqəti çəkib.
Fotoda Avropa Komissiyasının sədri Ursula Fon der Leyen sanki söhbətin ortasında məclisə qayıdır, o, Prezidentin sözünü kəsib onun diqqətini yayındırmamaq üçün ayaqüstə dayanıb, sanki oturmaq üçün Zelenskinin sözünün bitməsini gözləyir.
Avropa Şurasının sədri Antonio Koşta cavan prezidenti maraq və həvəslə dinləyir. Zelenski isə əminliklə onlara nəyisə izah edir.
Fotodakıların hamısının Ukrayna Prezidentinə rəğbəti açıq-açkar hiss olunur.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, Avropa Şurasının sədri Antonio Koşta, Finlandiya, Danimarka, İslandiya, Norveç, İsveç, Litva və Latviya prezidentləri, Kanada, İspaniya və Estoniya baş nazirləri də Ukraynadadırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















