Icma.az
close
up
RU
Əcnəbi tələbə: BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb MÜSAHIBƏ AZƏRTAC

Əcnəbi tələbə: BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb MÜSAHIBƏ AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Ehab İsmayıl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının qalibi, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I kurs doktorantıdır.

Misir Ərəb Respublikasından olan Ehab İsmayıl AZƏRTAC-a qrant proqramı çərçivəsində qazandığı təcrübə, Azərbaycan təhsil sistemi, BDU-da tələbə həyatı haqqında fikirlərini paylaşıb.

- Ehab, akademik və şəxsi inkişaf baxımından BDU-da təhsil almaq sənə hansı üstünlükləri qazandırıb?

- BDU mənim həm akademik, həm də şəxsi inkişafımda əvəzsiz rol oynayıb. Akademik baxımdan universitetin təcrübəli müəllimlərindən dərs alaraq biliklərimi daha da zənginləşdirdim. Jurnalistika fakültəsindəki təhsil mənə yalnız nəzəri bilik deyil, həm də praktiki təcrübə qazandırıb. Universitetdə keçirilən seminarlar, təcrübə proqramları və müxtəlif layihələr real iş mühitində fəaliyyətimi nümayiş etdirmək imkanı yaradıb. BDU-nun azərbaycanlı və xarici tələbələri ilə daim ünsiyyətdəyəm, bu, mənim formalaşmağıma da yaxşı təsir edir. Şəxsi inkişaf baxımından BDU mənə liderlik bacarıqları, özünə inam, digər insanlarla daha yaxşı ünsiyyət qurmaq qabiliyyəti aşılayıb.

- Tələbə həyatın necə keçir? Gündəlik fəaliyyətin və maraqların haqqında danışa bilərsənmi?

- Tələbə həyatım maraqlı və rəngarəngdir. BDU-nun “Tələbə Evi”ndə yaşayıram. Orada tələbələr üçün lazım olan bütün şərait yaradılıb. Həm dərslərimi, həm də sosial həyatımı bir-birinə paralel təşkil etməyə çalışıram. Tələbəlik yeni dostlar tapmaq, müxtəlif ideyalarla tanış olmaq, təcrübə qazanmaq üçün gözəl bir fürsətdir. Təbii ki, bəzən çətinliklər də olur, amma bu, tələbə həyatının bir parçasıdır. Əsas odur ki, bu çətinliklərdən dərs çıxarmağı bacarasan. Asudə vaxtlarımda Azərbaycanın bölgələrini gəzməyə çalışıram. Şəki, Quba, Qəbələ, Şamaxı, Gəncə, İsmayıllı kimi şəhərlərə səfər etmişəm. Azərbaycan xalqının qonaqpərvərliyi, gülərüzlülüyü diqqətimi çəkdi. Mətbəxiniz də çox dadlıdır. Xüsusilə xaş, xəngəl, dolma sevdiyim milli mətbəx nümünələridir.

- Ehab,Azərbaycanın təhsil sistemi haqqında düşüncələrini bizimlə bölüşərdin.

- Azərbaycan təhsil sistemi son illərdə çox müsbət dəyişikliklərə uğrayıb. Bu inkişafın bir hissəsi olmaqdan məmnunam. BDU-da müasir tədris metodlarının tətbiqi, beynəlxalq əlaqələrin gücləndirilməsi və yeni təhsil proqramlarının hazırlanması çox sevindiricidir. Bu, təhsil sisteminin daha praktikyönümlü olması ilə əlaqədardır. Artıq universitetlərin çoxu yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrə real həyat bacarıqları qazandırmaq üçün müxtəlif təcrübə proqramları və layihələr təqdim edirlər. Xüsusilə tələbələrin beynəlxalq səviyyədə təhsil alması üçün yaradılan imkanlar çox dəyərlidir. Mən magistr təhsilimi də məhz BDU-nun Jurnalistika fakültəsində almışam. Müəllimlərim səmimi və diqqətlidirlər, tələbələrə yalnız bilik vermək deyil, onları şəxsi inkişafa yönəltmək üçün əllərindən gələni edirlər. Mənim üçün müəllimlərlə açıq dialoq qurmaq çox vacibdir. Bu, tələbələrin daha uğurlu və motivasiyalı olmasına kömək edir.

- Azərbaycan mədəniyyəti və xalqı haqqında nə düşünürsən? Ölkəmizin mədəniyyəti, adət-ənənələri və insanları ilə bağlı nə deyə bilərsən?

- Azərbaycan xalqı qonaqpərvərdir. Mən bir çox ölkələrdə olmuşam, amma Azərbaycan xalqının qonaqpərvərliyi və insanlara olan yaxınlığı mənə çox təsir edib. Düşünürəm ki, Misir və Azərbaycan xalqı arasında böyük bir fərq yoxdur. Hər iki xalq mehriban və səmimidir. Hər iki mədəniyyətin zəngin tarixi və ənənələri var, amma insan münasibətlərindəki oxşarlıqlar daha çox diqqətimi çəkib. Azərbaycan xalqı da Misir xalqı kimi ailə və dost münasibətlərinə çox önəm verir, bu da cəmiyyətdəki əlaqələrin daha sıx və dərin olmasına səbəb olur.

- Azərbaycan mətbuatını izləyirsənmi?

- Bəli, Azərbaycan mediasını yaxından izləyirəm. Azərbaycan mediasında son zamanlar sosial şəbəkələr və onlayn platformaların rolu böyükdür. Lakin ənənəvi media da öz əhəmiyyətini itirmir. Ən çox xəbər agentliklərini, xüsusilə AZƏRTAC-ı izləyirəm, çünki orada daha rəsmi və dəqiq məlumatlar təqdim olunur. Tədqiqat işim dünya siyasətində medianın rolu ilə bağlı olduğuna görə bu istiqamətdə tendensiyaları izləyirəm. Milli televiziya kanallarına da baxmaq imkanım olur. AZTV, İctimai TV ən çox izlədiyim telekanallar sırasındadır. AZƏRTAC-da keçdiyim təcrübə mənim üçün çox önəmli və dəyərli oldu. Burada real jurnalistika işinin necə aparıldığını, xəbər yazılmasında doğru yanaşmanın nələr olduğunu öyrəndim. AZƏRTAC-da çalışarkən peşəkar jurnalistlərdən çox şey öyrəndim və onların iş prinsipini daha yaxından tanıdım. Burada əldə etdiyim təcrübə beynəlxalq standartlara uyğun media bacarıqlarımı inkişaf etdirməyimə kömək edir. Təcrübə həm də mənə medianın dövlət və xalq arasında körpü rolunu oynadığını göstərdi. Bu, gələcəkdə peşəkar olaraq fəaliyyət göstərəcəyim sahə üçün çox vacib bir məqamdır.

- Gələcək planlarınız...

- İlk növbədə, jurnalistika sahəsində daha da ixtisaslaşmaq və beynəlxalq media orqanında fəaliyyət göstərmək istəyirəm. Mənim üçün ən böyük hədəf peşəkar jurnalist olmaq və tədqiqatlarımı, yazılarımı dünyaya təqdim etməkdir. Elm və təhsil sahəsində də fəaliyyət göstərmək istəyirəm. Təhsil alarkən qazandığım bilik və təcrübələrə əsaslanaraq, gələcəkdə həm akademik sahədə, həm də praktiki jurnalistikada böyük uğurlar qazanmağı hədəfləyirəm. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu baxımdan mənə çox gözəl bir fürsət yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri