Icma.az
close
up
RU
Əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə görüş olub

Əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə görüş olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) əmək miqrasiyası qanunvericiliyinin tətbiqi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə əcnəbiləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərlə ənənəvi görüş keçirilib.

Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın və müəssisə nümayəndələrinin iştirak etdiyi görüşün məqsədi qanunvericiliyə edilmiş son dəyişikliklər, növbəti il üçün əmək miqrasiyası proqnozu barədə işəgötürənlərə zəruri məlumatların verilməsi olub.

DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev çıxış edərək əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan sualların, həmçinin digər faydalı və işgüzar mövzuların müzakirəsi baxımından tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

“Əmək miqrasiyasının tənzimlənməsi və müasir tendensiyalar” mövzusunda multimedia formatında təqdimat verən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin məsul əməkdaşı bu sahədə mövcud vəziyyəti müqayisəli qaydada təhlil edib, qanunvericilikdə son dəyişikliklər iştirakçıların diqqətinə çatdırıb, təcrübədə rast gəlinən xarakterik çatışmazlıqlar qeyd olunub. Həmçinin əmək miqrasiyası kvotasının formalaşması məqsədilə növbəti il üçün işəgötürənlərin proqnoz məlumatlarının DMX-ə təqdim olunmasının vacibliyini vurğulanıb.

DMX yanında İctimai Şuranın sədri işəgötürənlərlə ənənəvi keçirilən görüşlərin faydalı olduğunu qeyd edib, bu tədbirlərin miqrasiya qanunvericiliyi ilə bağlı məsul şəxslərin məlumatlandırılmasında önəmini vurğulayıb.

İşəgötürənlərin sənədləşmə proseslərində daha diqqətli və operativ olmaları, yarana biləcək çətinliklərlə bağlı aidiyyəti üzrə müraciət etmələri, həmçinin fasiləsiz fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaları tövsiyə edilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri